Kinooperator Xan Babayev filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film görkəmli kinooperator, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Xan Babayevin 95 illik yubileyinə həsr olunur.[1]
Kinooperator Xan Babayev | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Elvin Vəlimətov |
Ssenari müəllifi | Sevda Ağazadə |
Operator | Zaur Haşımov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 23 yanvar 2014 |
Filmin növü | qısametrajlı televiziya filmi |
Müddət | 27 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Film sovet kinooperatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Xan Babayevin həyatından bəhs edir.
Xan Babayev "Qırmızı Bayraq",[2] "Qırmızı Ulduz",[2] "Vətən müharibəsi" ordenləri və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.[2][3][4]
Filmdə "Neft kəşfiyyatçıları" sənədli filminin, "Doğma xalqıma", "Qara daşlar", "Ögey ana", "Böyük dayaq", "Yenilməz batalyon" bədii filmlərinin kadrlarından istifadə olunur.