Xan Yusif oğlu Babayev (22 mart 1919, Lənkəran, Lənkəran qəzası – 29 may 1967, Bakı) — Azərbaycan kinooperatoru,[1] Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi.
Xan Babayev | |
---|---|
Doğum tarixi | 22 mart 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 1967 (48 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | AXC→ SSRİ |
Fəaliyyəti | kinooperator[d], kinematoqraf[d] |
Mükafatları | |
IMDb | ID2178036 |
Xan Babayev 22 mart 1919-cu ildə Lənkəranda anadan olmuşdur. 1937-ci ildə Politexnik İnstitutunu, 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini – B. Volçekin emalatxanasını bitirmişdir.[2] Bir neçə bədii və sənədli filmlərin operatoru olmuşdur. 29 may 1967-ci ildə Bakıda vəfat etmişdir.
Xan Babayev "Qırmızı Bayraq",[3] "Qırmızı Ulduz",[3] "Vətən müharibəsi" ordenləri və "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur.[3][4][5]