Kinorhyncha

Kinorhyncha (lat. Kinorhyncha) — heyvanlar aləminə aid heyvan tipi. Çox kiçik ölçülərə malikdir və dənizlərdə lil çökmüş yerlərdə yaşayır. 130 növü məlumdur.

Kinorinxlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Tip:
Kinorinxlər
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 0,18–1 mm-ə qədər olan xırda qurdabənzər orqanizmlərdir. Bədən kiçik baş şöbəsindən, qısa boyun və uzun gövdədən ibarətdir. Bədəndə kirpikcuklər yoxdur və bərk xitin lövhələrdən ibarət zirehlə örtülmüşdür. Bu lövhələr bir-birinin ardınca düzülərək tacı xatırladır və bunun nəticəsində qurdun bədəni müəyyən dərəcədə buğumlu xarakter alır. O, 13 hissədən ( baş, boyun və 11 buğumdan və ya gövdə zonitlərindən) ibarətdir.[3] Kutikuladan ibarət, bədən örtüyünün alt hissəsi sinsitial hipodermadan ibarətdir. Ümumi dəri-əzələ kisəsi yoxdur və əzələlər müəyyən funksiya daşıyan ayrı-ayrı əzələ dəstəsindən ibarətdir. Sinir sistemi udlaqətrafı sinir həlqəsi və uzununa yerləşən qarın sinir sütunundan ibarətdir, bədənin buğumlaşması özünün sinir sütununda onunla göstərir ki, qanqlioz hüceyrələr onun üzərində zonitlərə müvafiq kiçik yığınlar şəklində toplanmışlar. Bağırsaq (ön qütbdə ağız, arxada isə anal dəliyi yerləşir) düz borudan ibarətdir. İfrazat sistemi hər biri içərisində bir titrək alov olan bir cüt qısa, şaxələnməmiş protonefridilərdən ibarətdir. Cinsi sistem kinorinxlər ayrıcinslidir. Cinsi vəzlər cütdür və bunların cinsi axarları bədənin arxasındakı buğumda xaricə açılır. Bunlarda elə sürfələr vardır ki, onlarda zonitlərin sayı tam olmur. Heyvanın böyüməsi vaxtaşırı qabıqdəyişmə ilə müşayiət olunur. Belə ki, köhnə kutikula atılır və yeni zirehlə əvəz olunur. Kinorinxlərin ümumi quruluş planı onların ilk bədənboşluğu qurdlara aid olmasını sübut edir. Dəri örtüyünün kutikullaşmasına, qabıqdəyişmə yolu ilə böyüməsinə və udlağın quruluşuna görə kinorinxlər nematodları xatırladır, lakin bəzi əlamətlərinə görə qarnıkirpiklilərə oxşayır. Bundan başqa bəzi tədqiqatçılar kinorinxlərin tikanbaşlılarla, habelə tükqurdların və priapulidlərin sürfələri ilə müəyyən oxşarlığını qeyd edirlər.[4]

Bunlar cəmi 100 növdən ibarət, xırda dəniz qurdları qrupudur. Dib həyat tərzi keçirirlər. Onlara yosunların üzərində, dəniz lili və qumunda rast gəlinir.

  1. Integrated Taxonomic Information System (ing.). 2006.
  2. Sørensen M. V. Phylum Kinorhyncha (ing.). // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness (Addenda 2013) / Z. Zhang 2013. Vol. 3703, Iss. 1. P. 63–66. doi:10.11646/ZOOTAXA.3703.1.13 PMID:26146682
  3. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568səh
  4. V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh.