Tikanbaşlılar

Tikanbaşlılar (lat. Acanthocephala) — heyvanlar aləminə aid heyvan tipi. Yetkinlik məhələsində onurğalıların bağırsaqlarında, sürfələri onurğasız su heyvanlarının bədən boşluğunda yaşayır. 750 növü təsnif olunub.

Tikanbaşlılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tip:
Tikanbaşlılar
Beynəlxalq elmi adı

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Tikanbaşlılar bir çox əlamətlərinə-silindrik bədən formasına, kutikulahipodermanın quruluşuna, ilk bədən boşluğuna, bədəni təşkil edən azsaylı hüceyrələrinə görə dəyirmi qurdlara oxşardırlar. Eyni zamanda tikanbaşlılarda protonefridial tipli ifrazt sistemi, dəri-əzələ kisəsinin quruluşu, bağırsağın ixtisar olunması, lentşəkilli qurdların skoleksində olduğu kimi, başcığında qarmaqcıqlarla təchiz olunmuş sorucu xortumu, sürfələrinin sistiserkə oxşarlığı və s. onları yastı qurdlara yaxınlaşdırır.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Tikanbaşlıların en kəsiyi dəyirmi formada olub, müxtəlif ölçülü bədənə malikdirlər. Bədənləri xaricdən buğumlu olsa da, metamerlik müşahidə olunmur. Parazitin bədəninin ön hissəsində xortum yerləşir. Xortumun üzəri arxaya doğru əyilmiş kutikulyar qarmaqcıqlarla təchiz olunmuşdur. Bir neçə cərgədə yerləşən bu qarmaqcıqlar sahibin bağırsağından yapışmağa xidmət edir. Rekraktor əzələlərinin köməyi ilə xortum bədən daxilində xüsusi kisəyə-xortum yatağına çəkilə bilir.

Dəri-əzələ kisəsi kutikuladan, hipoderma və onun altında yerləşən əzələlərdən ibarətdir. Hipoderma əzələ lifləri və mürəkkəb kanallar sistemi əmələ gətirən xüsusi toxumadan təşkil olunmuşdur. Hipodermadakı bu kanallar bədən boşluğunda yerləşən lemnikslər adlanan xüsusi törəmələrə daxil olurlar. Lemnikslər lent şəklində olub, xortum yatağının yan tərəflərində yerləşir.

Daxili quruluşu

[redaktə | mənbəni redaktə et]

= Həzm sistemi

[redaktə | mənbəni redaktə et]

Həzm sistemi parazitizmlə əlaqədar olaraq yoxdur və qidalanma bədən səthi ilə yerinə yetirilir. Tikanbaşlılar sahibin həzm məhsullarını bağırsağın möhtəviyyatından qəbul edir. Bu prosesdə bədən örtüyünün üst qatında, mikroməsamələrlər xaricə açılan saysız-hesabsız nazik kanallar mühüm rol oynayır.

Sinir sistemi çox sadədir. O xortum qınının içərisində, onun arxa hissəsinə yaxın yerləşən tək beyin sinir düyünündən ibarətdir. Sinir düyünündən irəli, xortuma tərəf nazik sinir şaxəcikləri çıxır. Bədən boşluğunu kəsən və ön divarları boyu arxaya yönələn bir qədər yoğun, iki yan sinir sütunu da ayrılır.

İfrazat sistemi

[redaktə | mənbəni redaktə et]

İfrazat sistemi yalnız bir neçə növdə tapılmışdır. Məsələn nəhəng tikanbaşlılarda (Macracanthorhynchus hirudinaceus) onlar bir qədər şəklini dəyişmiş protonefridilər xarakterindədir.

Tikanbaşlılar ayrıcinslidir. Cinsi orqanları cütdür və onların inkişafı xüsusi birləşdirici bağla və yaxud liqamentlə əlaqədardır. Liqament xortum yatağının arxa hissəsindən başlayaraq, bütün bədən boşluğundan keçib, qurdun arxa hissəsinə qədər uzanır. Erkəyin iki oval toxumluğu və bir cüt toxum borusu vardır. Toxum borusunun ikisi də toxum axıdan kanala açılır. Cavan fərdlərdə dişi sistem liqamentin daxilində yeləşən iki yumurtalıqdan ibarətdir. Qurd böyüdükcə yumurtalıqlar çoxlu yumurta topalarına parçalanır, bunun isə əvvəlcə liqamentin içərisinə, sonra isə liqamentin divarı partladıqda bədən boşluğuna daxil olurlar. Hər yumurta topası onlarca cavan yumurta hüceyrələrindən ibarətdir.

İnkişafı və həyat dövriyyəsi

[redaktə | mənbəni redaktə et]

Tikanbaşlıların həyat dövriyyəsi, metamorfozla və sahib dəyişmə ilə müşayət olunur. Yumurtadan, ön hissəsində qarmaqlar tacı olan uzunsov sürfə inkişaf edir. Sürfələr və yetkin tikanbaşlılar nisbətən az sayda hüceyrələrdən ibarətdir. Bəzi tikanbaşlılarda hüceyrələrin sayı sabitdir. Hipoderma-6, leminsklər-3, xortum retraktorları-4 nüvəyə malikdir. Sinir sistemi hüceyrələrlə daha zəngindir.

Daxilində sürfə olan yumurtalar gələcək inkişafı üçün aralıq sahib tərəfindən udulmalıdır. Yetkin halda su onurğalılarında yaşayan tikanbaşlılar üçün aralıq sahib rolunu, əsasən xərçəngkimilər oynayır. Aralıq sahibin bağırsağında sürfə yumurtadan çıxır, bağırsağın divarını deşib bədən boşluğuna düşür. Burada sürfə qarmaqlarını atır, böyüyür və formalaşmış cavan tikanbaşlıya çevrilir. Yalnız cinsi sistem inkişaf etməmiş olur. Metamorfoz qurtardıqda xortum yatağa çəkilir, bədənin arxa hissəsi daxilə çökür. Aralıq sahib onurğalı heyvan tərəfindən udulduqda onun bədəni həzm olunur və tikanbaşlının sürfəsi kapsuladan çıxır. Parazitin xortumu çevrilib xaricə çıxır və axırıncı sahibin bağırsağının divarına girir. Bir müddətdən sonra tikanbaşlının cinsi sistemi fəaliyyətə başlayır.

Acanthocephales tipinin mənşəyi haqqında tam bir fikir yoxdur. Tikanbaşlıları bədənin silindrik olmasına, hipodermanın quruluşundakı oxşarlığa, onlarda ilk bədən boşluğunun olmasına və ayrıcinsliliyinə görə çox vaxt nematodlara yaxındır. Çox güman ki, Nemahelminthes tipi ilə paralel inkişaf edən tikanbaşlılar yastı qurdların təkamülünün "kor budağı"dır.