Kinzelyuk şəlaləsi — Rusiyanın Krasnoyarsk diyarında şəlalə. Kinzelyuk Talnikovıy şəlaləsindən sonra hündürlüyünə görə ikinci şəlalədir. Kinzelyuk şəlaləsi ilin bütün aylarında bol suludur. Şəlalənin hündürlüyü haqqında tam dəqiq məlumat yoxdur. Buna səbəb şəlalənin çətin gedilən məkanda yerləşməsidir. Kinzelyuk şəlaləsini bəzən Fedosev şəlaləsi adlandırırlar. 40-cı illərdə ilk dəfə olaraq bioloq A.A. Fedorov, sonra isə geodeziyaçı Q.A.Fedosev atların köməyi ilə şəlaləyə gəlib çata bilmiş. «Kinzelyuk» isə yerli əhalinin dilində «göydən düşən» deməkdir.[1] Bölgə bitki və heyvanat aləmi baxımdan çox zəngindir.
Kinzelyuk | |
---|---|
rus. Кинзелюкский | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 328 m |
Yerləşməsi | |
54°09′33″ şm. e. 95°50′02″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəlalə Krasoyarsk diyarının Kuraqin rayonu ərazisində, İrkutsk vilayəti ilə sərhəddə yerləşir. Şəlalənin yerləşdiyi bölgə relyef baxımdan çox mürəkkəb və çətin kiçiləndir. Şərqi Sayan dağlarının qərb qurtaracağında, Kinzelyuk silsiləsinin şimal-şərqində yerləşən bu bölgə Tofalarların məskunlaşdığı ərazi hesab olunur.
Şəlalə hündürlüyü 1601 metr olan Kinzelyuk zirvəsindəki (Dvuqlavoqo) göldən, Kinzelyuk gölündən qidalanır. Göl isə zirvədə yerləşən buzlaqdan qidalanır. Ümumi hündürlüyü (kaskad) — 328 metr[2], suyun sərbəst düşmə hündürlüyü isə — 90 metrdir. Qalan hissə meyyili formada dağ ətəyi boyu axır. Şəlalənin suyu 1144 metr hündürlükdə yerləşən Aşağı Kinzelyuk gölünə tökülür. Sonra isə Kinzelyuk çayına, Kizr çayının qoluna birləşir.
Şəlalənin hündürlüyünü dəqiq ölçmə cihazları ilə (teodolit) ilk dəfə olaraq ölçülməsi ideyyasını ölkəşünas və təbiətşünas Petra Kravçuk irəli sürmüşdür. 1989-cu ildə Dnepropetrovski metallurgiya zavodunun "Stal" idman klubunun su-idman bölməsinin ekspedisiyası və SSRİ idman ustası Boris Babiskinin rəhbərliyi altında ölçmə işləri aparılmış. Ölçmə işlərinin nəticəsində kaskadın ümumi hündürlüyü 328 metr olmuş. Alınan nəticə Petra Kravçukun "Təbiət rekordları" kitabına əlavə edilmiş[2]
Ərazinin yerli əhalisi tofalardır. 21 000 km² sahəyə malik bu ərazidə cəmi əhalisi 1000 nəfər olan üç kənd yerləşir. Mobil şəbəkələrin, avtomobil yollarının olmadığı bölgəyə ancaq vertolyotla gəlmək mümkündür. Ən yaxın yaşayış məntəqəsindən şəlaləyə qədər olan məsafə 140 km-dir. Yolun əksər hissəsi su hövzələrindən keçir. Çaydan şəlaləyə isə 12 km məsafə var. Ümumən bu ərazini yay aylarında ziyarət etmək daha məqsədə uyğundur.[1] Krasnoyarskdan şəlaləyə qədər məsafə 500 km-dir. Vertolyotla şəlaləyə səfərin qiyməti 80 min rubldır (yay aylarında).[3]