Kipr Respublikasının hərbi təlimləri

Kipr Aralıq dənizində üçüncü ən böyük adadır. 1960-cı ildə Böyük Britaniyadan müstəqillik qazandı və 1961-ci ildə Britaniya Millətlər İttifaqına qəbul olundu. Kipr Respublikası inkişaf etmiş ölkədir və 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür.

Kipr Respublikasının statusu

[redaktə | mənbəni redaktə et]

Kipr Respublikası beynəlxalq səviyyədə tanınmış suveren dövlətdir, lakin Kipr adasının şimal hissəsi Türkiyənin 20 iyul 1974-cü ildə həyata keçirdiyi hərbi müdaxilə nəticəsində yaranmış Şimali Kipr Türk Respublikasının nəzarətindədir.

Kipr Respublikasının silahlı qüvvələri

[redaktə | mənbəni redaktə et]

Kipr Respublikası Kipr Milli Qvardiyası kimi tanınan ümumqoşun ordusu tərəfindən qorunur. Bu ordu yüksək səviyyədə təşkil edilmiş və modernləşdirilmiş komandanlıq, idarəetmə və rabitə strukturuna malik olmaqla quru, hava, dəniz və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrindən ibarətdir. Kipr Milli Qvardiyası müxtəlif ümumqoşun hərbi təlimləri keçirir. Ən böyük hərbi təlim Nikiforos-Toksotis adlanır və Yunanıstan Silahlı Qüvvələrinin əməkdaşlığı ilə Kipr Respublikasının əsas illik hərbi təlimidir.

Nikiforos-Toksotis

[redaktə | mənbəni redaktə et]

Nikiforos-Toksotis təlimi adətən hər il keçirilir, lakin bir neçə dəfə siyasi səbəblərə görə ləğv edilib. Təlim bütün aktiv qüvvələrin və əsas ehtiyat qüvvələrin əksəriyyətinin, həmçinin ikinci dərəcəli ehtiyat qüvvələrin və Daxili qoşun qüvvələrinin elementlərinin səfərbər edilməsini nəzərdə tutur. İştirak edən bölmələrə adətən planlaşdırılmış hədəflərə həqiqi atəş açmaq tapşırılır. Bura tanklar, zirehli maşınlara quraşdırılmış silahlar, ümumi artilleriya, tank əleyhinə artilleriya, minaatan artilleriyası və daşınan atıcı silahların tam spektri daxildir. Təlim bütün silah növləri ilə döyüşün təşkili və taktikasını sınaqdan keçirir, həmçinin Yunanıstan Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin, eləcə də Kiprdəki Yunanıstan hərbi kontingentinin iştirakı ilə keçirilir.

Türkiyənin reaksiyası

[redaktə | mənbəni redaktə et]

Türkiyə müntəzəm olaraq Şimali Kiprdə Toros hərbi təlimlərini təşkil etməklə Nikiforos-Toksotis təliminə cavab verir və vaxtaşırı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus reaktiv təyyarələr Lefkoşa Uçuş Məlumat Bölgəsində (UMB) nüfuzedici uçuşlar həyata keçirir. Türkiyə hökuməti müntəzəm olaraq Nikiforos-Toksotis təliminin keçirilməsini pisləyən bəyanatlar verir.

Digər hərbi təlimlər

[redaktə | mənbəni redaktə et]

Kipr Milli Qvardiyası fəaliyyət göstərdiyi illər ərzində hərbi təlimlər keçirir, adətən Nikiforosdan daha kiçik miqyasda və daha az miqdarda hərbi sursat istifadə edir. Bu təlimlərin adları adətən dərc edilmir.

  • 1. www.hri.org/news/Greek/ana/1995/95–09-28.ana.html
  • 2. www.hri.org/cgi-bin/brief? /news/Cyprus/cna/1996/96–10-07.cna.html
  • 3. www.hri.org/news/Cyprus/cna/1997/97–09-09.cna.html
  • 4. www.hri.org/news/Cyprus/cna/1998/98–10-23_1.cna.html
  • 5. www.hri.org/news/Cyprus/cna/1999/99–10-07.cna.html
  • 6. www.hri.org/cgi-bin/brief? /news/Cyprus/cna/2000/00–10-17_1.cna.html
  • 7. www.hri.org/news/Cyprus/cypio/2001/01–10-22.cypio.html
  • 8. www.hri.org/news/Cyprus/cmnews/2002/02–02-17.cmnews.html
  • 9. www.hri.org/cgi-bin/brief? /news/Cyprus/cna/2003/03–10-09.cna.html
  • 10. www.hri.org/cgi-bin/brief? /news/Cyprus/cna/2004/04–09-21.cna.html
  • 11. www.hri.org/news/Greek/ana/2005/05–10-24.ana.html
  • 12. www.hri.org/news/Greek/ana/2006/06–10-09.ana.html