Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İnkişaf etmiş ölkələr — IMF-yə görə aşağıda qeyd edilən 40 ölkə inkişaf etmiş ölkələrdir. İsveçrə 0.962 insan inkişaf indeksi və 98,767 ABŞ dolları ilə dünyanın ilk inkişaf etmiş ölkəsidir. İEÖ-i birləşdirən oxşar cəhətlərə əhalinin həyat və sağlamlıq səviyyəsinin yüksək, ÜDM-in hər nəfərə orta hesabla 20–30 min ABŞ dolları həcmində olması və orta ömür müddətinin çoxluğu aiddir. Bu ölkələrdə urbanizasiya və əhalinin təhsil səviyyəsi yüksək, xidmət sferası və emal sənayesinin payı böyükdür. Onlar dünya sənaye və kənd təsərrüfatı məhsullarının əsas hissəsini istehsal edir. Asiya ilk inkişaf etmiş ölkəsi Yaponiya, Şimali Amerikanın ilk inkişaf etmiş ölkəsi Birləşmiş Ştatlar, Okeaniyanın isə ilk inkişaf etmiş ölkəsi Avstraliyadır. Bu gün mövcud olan 38 inkişaf etmiş ölkənin təxmini 71,1% Avropada, 15,8%-i Asiyada, 5,3%-i Şimali Amerikada, 5,3%-i isə Okeaniyadadır.
İnkişaf Etmiş Ölkələrin bu kateqoriyaya daxil edilməsinin ardıcıllığı:
Böyük Yeddilik kimi də adlandırılan G7-yə iqtisadiyyatı yüksək səviyyədə olan inkişaf etmiş ölkələr daxildir. G7-yə üzv ölkələr və əsas liderləri:
Bu ölkələrdə yüksək texnologiyaya malik olan sənayedə istehsal edilən məhsulların çoxu ixrac edilir, əsas gəlirləri qeyri-sənaye sahələrindən (bank işləri, xidmət sahələri, turizm və s.) formalaşır. Bu ölkələrə aiddir:
Köçürmə Kapitalizm ölkələri Birləşmiş Krallığın müstəmləkəsi olmuş ölkələrdir. Ölkələrin əhalisi əsasən müstəmləkəsi olduğu dövlətlərdən (metropoliyadan) olan miqrasiyaların hesabına formalaşmışdır. Bu ölkələrin təsərrüfat sitemi də Birləşmiş Krallığın köməyi ilə qurulmuşdur. Metropoliyadan olan şirkətlərin rolu böyükdür. Bu ölkələrə aiddir:
QEYD: ABŞ və Kanada həm G7, həm də köçürmə kapitalist ölkələridir. İsrail isə Birləşmiş Krallığın müstələki olmasa da, köçürmə kapitalizm ölkəsidir.
Cırtdan ölkələr xəritədə görülməyəcək qədər kiçikdir və əsasən öz dilləri və hökumət başçıları yoxdur, tərəfsizdirlər. Cırtdan ölkələrə aiddir:
QEYD: Vatikan cırtdan ölkə olsa da, İEÖ-ə aid deyil.
Ölkənin inkişaf etmiş olması üçün 4 kateqoriya mövcuddur və bunlar təsdiq olunmalıdır:
İnkişaf etməyə ən yaxın ölkələr:
Bu ölkələrin heç biri IMF-in "inkişaf etmiş" iqtisadiyyat kateqoriyasına daxil olmadığından İEÖ deyil, amma inkişaf etmək potensialı ən yüksək ölkələrdir.