Kiranlı

Kiranliİrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı.[1]

Toponimi[redaktə | mənbəni redaktə et]

Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır.[2] [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı.[3] Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir.[4] 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.[5] Naxçıvanda XIII əsrdə Kiran (digər adı Kilan, lakin bu Kiran adının fonetik formasıdır) məntəqəsi vardı. Bu toponim İndi Xaraba-Gilan (əsli Xaraba Kiran) və Azad Qiran adlarında qalmışdır.[6]

Əhalisi[redaktə | mənbəni redaktə et]

1919-cu ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
  2. Папазян А.Д. Персидские документы Матенадарана. I (ХV-ХVI вв.). Ереван,. 1956.
  3. Yakut al Xamavi. Mudjam al Buldan. Svedeniə ob Azerbaydjane. Baku, 1983, s. 30
  4. Defteri mufessele eyaleti Gence. Istanbul Basbakanlik Arsivi. Taku-tahrir defterleri. № 103.
  5. Qеybullayеv Q.Ə. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı,. 1994.
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Киранлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.