Kirill Karabits

Kirill İvanoviç Karabits (ukr. Карабиць Кирило Іванович, 26 dekabr 1976-cı ildə, Kiyev, Ukrayna SSR-də doğulub) — ukraynalı drijor. Onun atası məşhur drijor və bəstəkar İvan Karabitsdir.

Kirill Karabits
ukr. Кирило Карабиць
Ümumi məlumatlar
Doğum adı Kirill İvanoviç Karabits
Doğum tarixi (47 yaş)
Doğum yeri Kiyev, Ukrayna SSR
Milliyyəti ukraynalı
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Fəaliyyət illəri 1995
Janr klassik musiqi
Təhsili
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti
kirillkarabits.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik illərində piano, musiqişünaslıq və kompozisiya təhsili almış Karabits, on üç yaşından drijorluqla maraqlanır.[1] Onun ilk müəllimi Tatyana Kozlova olur. Kiyevdə o, Lisenko Musiqi Məktəbi və P.İ.Çaykovski adına Milli Musiqi Akademiyasında təhsil alır.

1995-ci ildə o, Vyana Konservatoriyasında təhsil almağa başlayır və beş il sonra drijor diplomu alır. Eyni zamanda Ştuttqartdakı “Bachakademie”yə qəbul olan Kirill, burada Helmut Rillinq və Piter Gülkedən təhsil alır. “Berliner Singakademie”də elmi tədqiqatla məşğul olan Kirill, Karl Filipp Emanuel Bax tərəfindən 1784-cü ildə yazılmış və itirilmiş hesab edilən “İohannın ehtirasları” əsərinin əlyazmasını üzə çıxarır və köçürür.

Karabits, izləyicilər qarşısında ilk drijorluğunu 19 yaşında edir.[1] 1998-2000-ci illərdə o, Budapeşt Festival Orkestri drijorunun assisantı olur. 2002-2005-ci illərdə o, Radio Fransa Filarmonik Orkestrının əlaqəli drijoru kimi çalışır.

2005-2007-ci illərdə Karabits Strasburq Filarmoniya Orkestrının əsas qonaq drijoru olur. 2006-cı ilin oktyabrında Karabits ilk dəfə Bornmut Simfonik Orkestrı (BSO) ilə çıxış edir, həmin orkestrlə ikinci çıxışı isə 2007-ci ilin oktyabrında baş tutur[2] və hər iki çıxış yüksək qiymətləndirilir.[3] Orkestr üzvləri arasında keçirilən anonim səsvermədən sonra, Bornmut Simfonik Orkestrı 2007-ci ilin noyabrında Kirill Karabitsin 2009-2010-cu il mövsümündə orkestrın əsas drijoru olacağını açıqlayır.[4][5] Üç konsert çıxışından sonra Karabits 2008-2009-cu il mövsümünün də əsas drijoru titulunu ala bilir.[6] 2009-cu ilin avqustunda o, BSO ilə birlikdə ilk dəfə BBC tərəfindən təşkil edilən ənənəvi The Proms tədbirində çıxış edir[7], 2009-cu ilin oktyabrından etibarən isə formal olaraq BSO-nın əsas drijoru kimi təqdim olunur.[8]

O, Böyük Britaniya orkestrının əsas drijoru olan ilk Ukrayna drijorudur.[9] Onun ilkin müqaviləsi dörd il üçün nəzərdə tutulmuşdu. BSO ilə birlikdə o, “Naxos” leyblı üçün Rodion Şedrinin, “Onyx Classics” leyblı üçün isə Aram Xaçaturyanın əsərlərini lentə almışdır.[10][11] 2011-ci ilin avqustunda Karabits və BSO müqavilə müddətinin 2015-2016-cı il mövsümünə kimi üç il müddətində uzadılması haqqında müqavilə imzalayır.[12][13] 2015-ci ilin aprelində BSO Karabitslə iş müddətinin 2018-ci ilə kimi uzadılması haqqında razılaşma əldə edildiyini açıqlamışdır.[14][15] 2017-ci ildə Karabits BSO ilə birlikdə "Chandos" leyblı üçün Qara Qarayevin orkestr əsərlərini lentə almışdır.[16]

2013-cü ildə Karabits ilk dəfə Polşanın “I,CULTURE” Orkestrına drijorluq etmişdir. 2014-cü ilin sentyabrında orkestr Karabitsin yeni bədii direktor təyin edilməsini açıqlamışdır.[17] 2014-cü ilin noyabrında qonaq drijor kimi Veymarda Almaniya Milli Teatrında çıxış etmişdir. 2015-ci ilin martında o, Veymardakı Almaniya Milli Teatrında çıxış etmişdir. Bu çıxışlardan sonra 2015-ci ilin iyulunda Almaniya Milli Teatrı və Veymar Dövlət Kapellası 2016-2017-ci il mövsümündə Karabitsin əsas musiqi direktoru və baş drijor olması üçün 3 illik müqvilə imzalanmasını elan etmişdir.[18]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • 2006 - Telemann: Pastorelle en Musique, Capriccio Records
  • 2006 - Joseph-Guy Ropartz: Pêcheur d'Islande; Rhapsodie pour Violoncelle; Oedipe à Colone, Timpani
  • 2009 - De Falla: El Sombrero de Tres Picos; Prokofiev: The Buffoon, Haenssler
  • 2010 - Shchedrin: Concertos for Orchestra Nos. 4 & 5, Naxos
  • 2011 - Khatchaturian: Spartacus; Gayaneh, Onyx
  • 2011 - Tchaikovsky: Symphony No. 2; Mussorgsky: Pictures at an Exhibition; Night on Bare Mountain, Onyx
  • 2012 - The Silver Violin, Decca
  • 2012 - John Williams: Main Theme from Schindler's List, Decca
  • 2013 - Ivan Karabits: Concertos for Orchestra; Valentin Silvestrov: Elegie; Abschiedsserenade, Naxos
  • 2013 - Britten & Shostakovich, Onyx / Onyx Classics
  • 2014 - Prokofiev: Symphonies Nos. 3 & 7, Onyx / Onyx Classics
  • 2014 - Prokofiev: Symphonies 1 & 2; Sinfonietta, Onyx / Onyx Classics
  • 2015 - Prokofiev: Symphonies 4 (Op. 47) & 5; Dreams, Onyx Classics
  • 2015 - Prokofiev: Symphonies Nos. 4 & 6; Symphonic Fragment, Onyx / Onyx Classics
  • 2016 - Shostakovich, Glazunov, Decca
  • 2017 - Rachmaninov: Piano Concerto No. 2; Corelli Variations, Decca
  • 2017 - Kara Karayev: Seven Beauties Suite; Leyla and Mejnun; Don Quixote; Lullaby from 'The Path of Thunder', Chandos
  1. 1 2 Suzy Klein. "Kirill Karabits: pushing the limits". The Guardian. 2010-11-04. 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  2. Geoffrey Norris. "Kirill Karabits: Triumphant blend of virile verve and fine focus". Telegraph. 2007-10-19. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  3. Geoffrey Norris. "The young ones seize the baton". Telegraph. 26 November 2007. 10 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  4. Bournemouth Symphony Orchestra, "Karabits appointed new Principal Conductor". 29 November 2007.
  5. James Inverne, "Bournemouth Symphony Orchestra names new chief conductor". Gramophone, 23 November 2007.
  6. Geoffrey Norris. "Bournemouth Symphony Orchestra conducted by Kirill Karabits at the Lighthouse, Poole". Telegraph. 2008-11-28. 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  7. Tim Ashley. "Prom 34 – BSO/Karabits (Royal Albert Hall, London)". The Guardian. 2009-08-12. 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  8. Ben Hoyle. "Orchestras pass the baton to new band of Eastern Europeans". The Times. 7 October 2009. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  9. Kevin Shihoten. "Karabits to Succeed Alsop as Bournemouth Symphony Principal Conductor". Playbill Arts. 2007-11-27. 2007-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017. (#apostrophe_markup)
  10. "A new partnership between Onyx Classics, Kirill Karabits and the BSO launches with the music of Khachaturian" (Press-reliz). Albion Media. 21 October 2010. 2012-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-06.
  11. Tim Ashley. "Khachaturian: Spartacus; Gayaneh (excerpts) – review". The Guardian. 2010-11-11. 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  12. "Kirill Karabits signs three season contract extension as Principal Conductor of Bournemouth Symphony Orchestra" (Press-reliz). Bournemouth Symphony Orchestra. 9 August 2011. 28 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  13. "Bournemouth Symphony extends principal conductor's contract". Gramophone. 2011-08-11. 2019-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  14. "Bournemouth Symphony Orchestra extends partnership with Kirill Karabits" (Press-reliz). Bournemouth Symphony Orchestra. 29 April 2015. 2016-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  15. Andy Martin. ""I want to help take the BSO to the next level" - Conductor Karabits to extend stay to 2018 and beyond". Bournemouth Echo. 2015-04-29. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  16. Clements, Andrew. "Karayev: The Seven Beauties, etc CD review – Karabits celebrates the vivid colours of a master orchestrator". The Guardian. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  17. "Kirill Karabits Appointed Artistic Director of I,CULTURE Orchestra" (Press-reliz). HarrisonParrott. 5 September 2014. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.
  18. "Kirill Karabits neuer Generalmusikdirektor und Chefdirigent in Weimar". Thüringer Allegmeine. 2015-07-03. 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2017.