Kirk Duqlas (ing. Kirk Douglas, ilk adı İssur Danieloviç, rus. Иссур Даниелович; 9 dekabr 1916[1][2][…], Amsterdam, Nyu-York ştatı – 5 fevral 2020[3][4][…], Beverli-Hillz, Kaliforniya[7][8][…]) — amerikalı kino və teatr aktyoru, kinoprodüser və ssenarist. Hollivudun "qızıl erası"ndan indiyədək sağ qalan son ulduzlardan biri. Onun məşhur filmləri arasında Keçmişdən (1947), Çempion (1949), Ace in the Hole (1951), Pis və gözəl (1952), 20000 lye su altında (1954), Yaşamaq yanğısı (1956), Şöhrətin yolları (1957), OK korralında atışma (1957), Vikinqlər (1958), Spartak (1960), Cəsurlar tənhadır (1962), Mayda yeddi gün (1964), The Heroes of Telemark (1965) və Sərt oğlanlar (1986).
Kirk Duqlas | |
---|---|
Kirk Douglas | |
| |
Doğum adı | İssur Danieloviç |
Digər adı | İzzi Demski |
Doğum tarixi | 9 dekabr 1916[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 2020[3][4][…] (103 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
Diana Dill (1943-1951) Anna Baydens (1954-dən) |
Uşaqları | 4[5] (Maykl Duqlas daxil olmaqla) |
Fəaliyyəti | aktyor, prodüser, rejissor |
Fəaliyyət illəri | 1942 — 2008 |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0000018 |
kirkdouglas.com | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Amerika Kino Akademiyasının Amerika kino tarixinin ən yaxşı kişi ekran əfsanələri siyahısında 17-ci yerdədir və bu, siyahıdakı hələ də həyatda olan şəxslər arasında ən yüksək göstəricidir. Kinodakı 50 illik əməyinə görə 1996-cı ildə o, fəxri Oskar mükafatına layiq görülmüşdür.