Yaşamaq yanğısı (film, 1956)

"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir.

Yaşamaq yanğısı
ing. Lust for Life
Janr dram
Əsas mövzu Vinsent van Qoq
Rejissor Vinsent Minnelli
Prodüser Con Hausman
Əsərin müəllifi İrvinq Stoun
Ssenari müəllifi Norman Korvin
Baş rollarda Kirk Duqlas
Entoni Kuinn
Ceyms Donald
Pamela Braun
Operatorlar Freddi A. Yanq
Rassel Herlan
Bəstəkar Mikloş Roja
Rəssamlar Sedrik Gibbons
Hans Peters
Preston Eyms
İstehsalçı Metro-Goldwyn-Mayer
Distribütor Metro-Goldwyn-Mayer
İlk baxış tarixi 17 sentyabr 1956,[1][2] Nyu-York[3]
Filmin digər adları Yaşamaq eşqi
Yaşamaq istəyi
Filmin növü bədii film
Müddət 122 dəqiqə
Büdcə 3,227,000 $[4]
Gəlir 2,695,000 $[5]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 1956
Rəng rəngli
IMDb ID0049456
Mükafatları Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir.

Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır. Həmin qadın Vinsent kasıb olduğu üçün rəssamı tərk edir.

Qardaşı Teo van Qoq həm maddi, həm də mənəvi cəhətdən ondan öz köməyini əsirgəmir. Vinsent həmkarı Pol Qogenlə birlikdə yaşamağa başlayır. Bir müddət sonra qarabasmalardan əziyyət çəkməyə başlayır və könüllü olaraq ruhi xəstəxanaya yerləşir. Müalicə aldıqdan sonra evə yazılır və Teonun köməyilə əsərlərini sevə-sevə yaratdığı kənd mühitinə qayıdır. Lakin həyatında baş verənlərdən sonra ümidsizliyə qapılır və qardaşı Teonun gözləri önündə əbədi olaraq gözlərini yumur.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi : İrvinq Stoun
Ssenari müəllifi : Norman Korvin
Rejissor : Vinsent Minnelli
Operatorlar : Freddi A. Yanq, Rassel Herlan
Rəssamlar : Sedrik Gibbons, Hans Peters, Preston Eyms
Bəstəkar : Mikloş Roja
Prodüser : Con Hausman
Rejissor assistenti : El Cenninqs
Montaj edən : Edrienn Fazan
Geyim rəssamı : Volter Plankett
Kirk Duqlas Vinsent van Qoq rolunda.
Aktyor Rol
Kirk Duqlas Vinsent van Qoq
Entoni Kuinn Pol Qogen
Ceyms Donald Teo van Qoq
Pamela Braun Kristina
Everett Sloan doktor Qacet
Niall MakGinnis Roulin
Noel Pursell Anton Mauve
Henri Daniel Teodor van Qoq
Mec Kennedi Anna Korneliya van Qoq
Cill Bennett Uillmin
Canett Sterk Key
Layonel Ceffris doktor Peyron
Lourens Neysmit doktor Bosman
Erik Polmann Kolbert
Toni Cerri Coanna
Uilton Qraff Striker
İzabel Elsom xanım Striker
Devid Horn Piters
Noel Haulett komissiya üzvü Van Den Berge
Ronald Adam komissiya üzvü De Smet
Con Raddok Dakrak
Culi Robinson Reyçel
Devid Leonard Kamil Pissarro
Uilyam Fipps Emil Bernar
Devid Bond Sera
Frenk Perls Tangi Ata
Cey Edler ofisiant
Lourens Badye Adelin Revu

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]

1957-ci ilin "Oskar" mükafatı

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı kişi roluna görə – Kirk Duqlas

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]
  1. "Lust for Life (1956) Synopsis — Plot Summary — Fandango". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
  2. "Anthony Quinn & Kirk Douglas Lust For Life — Vincent Van Gough (1956)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
  3. Vincent van Gogh — Gauguin Pays a Visit
  4. The Eddie Mannix Ledger, Los Angeles: Margaret Herrick Library, Center for Motion Picture Study.
  5. Domestic take see "Top Grosses of 1957", Variety, 8 January 1958: 30

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]