Kirovski rayonu (rus. Кировский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində istər Cənub Federal Dairəsinin istərsə Rostov vilayətinin inzibati binaları, iri iqtisadi və ticarəti şirkətlər həmcinin iri iri mədəniyyət mərkəzləri yerləşir.
Rayon | |
Kirovski | |
---|---|
47°13′59″ şm. e. 39°42′00″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1936 |
Sahəsi | 18,6 km² |
Əhalisi | |
Əhalisi | 64 019[1] nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 863 |
Rəsmi sayt | |
Rayonun tarixi taleyi onunla bağlıdır ki, rayon Rostov-na-Donu şəhərinin əsas hissəsində təşkil edilmişdir. Məhs burada 1749-cu ildə şəhərin əsası qoyulmuşdur. Burada təbii su mənbəyi olmuşdur ki, ondan hətta I Pyotr belə içmişdir. Rayon ərazisində yerləşən Sedov küçəsi Rostov-na-Donu şəhərinin ən böyük və mərkəzi küçələrindən olmuşdur.
Ərazi şəhər tarixinin bir çox mühüm hadisələrinə sahidlik etmişdir. Artıq XVIII əsr Rostov güclü müdafiə və ticarət şəhəri funksiyasını oynayırdı. Buradan xaricə kənd təsərrüfatı malları, dəmir məmulatları ixrac edilirdi. Rusiyanın cənubunda mühün ticarət limanlarından olmuşdur. 1857-ci ildə şəhərdə ilk sənaye müəssisəsi yaranmışdır.
Kirovski rayonunda 40 bank təşkilatına aid ofis fəaliyyət göstərir: «Çentr-İnvest», «Yuq-Zapadnı bank», «Stela-Bank» və b. Üstəlik burada 913 ticarət, 263 ictimai qidalanma və 274 ictimai xidmət obyektləri vardır. Rayonda fəaliyyət göstərən iri şirkətlərdən «Donski Tabak» bütün Rudiya ərazisinfə uğurlu fəaliyyət göstərən şirkətlərdəndir.
Zəngin mədəni irsə sahib rayon onu göz bəbəyi kimi qoruyur. Burada Musiqili teatr, Vilayət filormoniyası, Vilayət Diyarşunaslıq muzeyi, Don ictimai kiyabxanası, Buverestnik kinoteatrı, kino evi kimi iri mədəni obyektlər fəaliyyət göstərir. Şəhərdə böyük şöhrət tapmış «Briz» və «Volna» hovuzları vardır. Şəhərin ən görməli yerlərindən biri Qazetnı küçəsindəki ictimai ayaqyoludur[2].
Rayon ərazisində çoxlu ali təhsil ocaqları vardır. Misal Rostov Dövlət Universiteti, Novorassiysk Dövlət Dənizçilik Akademiyyası və s. Burada 10 məktəb və 18 məktəbəqədərki müəssisə fəaliyyət göstərir.
Kirovski rayonu özünün unikal memarlıq xüsusiyyətləri ilə seçilir. Burada çoxlu sayda çoxlu sayda mədəni, arxitektur və tarixi abidələr vardır. Onların böyük əksəriyyəti XIX əsrə aiddir. 2003-cü ildən yaşayış mələllələrinin modernləşdirilməsi xətti götürülmüşdür. Bu nəyinki qəzalı binaların aradan qaldırılmasına həm də infrastrukturun yaxşılaşdırılmasına imkan verəcəkdir.