Kiyev Milli İnşaat və Memarlıq Universiteti (ukr. Київський національний університет будівництва і архітектури) və ya qısaca: KNUBA (ukr. КНУБА) — Ukraynanın memarlıq və inşaat sahəsində mütəxəssislər hazırlayan ən böyük aparıcı ali təhsil müəssisələrindən biri.
Kiyev Milli İnşaat və Memarlıq Universiteti КСИ, КИСИ, УГУСА, КГТУСА, КНУСА | |
---|---|
50°25′39″ şm. e. 30°27′58″ ş. u.HGYO | |
Əsası qoyulub | 1930 |
Tip | dövlət ali məktəbi |
Rektor | Petro Kulikov |
Tələbə sayı | 10500 |
Şəhər | Kiyev |
Ölkə | |
Ünvan | Kiyev, 03680, Povitroflotski prospekti |
Sayt | knuba.edu.ua/eng/ |
Vikianbarda əlaqəli mediafayllar |
1930-cu ildə yaradılmışdır.
Universitetdə 6 fakültə fəaliyyət göstərir.
Fakültədə "Binaların və abidələrin memar edilməsi", "Şəhərsalma", "Ətraf mühitin memarlıq dizaynı" və "Təsviri və dekorativ incəsənət" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]
Fakültədə "Sənaye və mülkiyyət inşaatı" və "Təşkilati menecment" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]
Fakültədə "Şəhər inşaat edilməsi və onun idarə edilməsi", "Torpaq idarə edilməsi və kadastrı", "Geodeziya" və "Geoinformasiya sistemləri və texnologiyaları" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]
Fakültədə "Bina strukturları, məhsulların və materialların texnologiyası" və "Əmtəəşünaslıq və kommersiya fəaliyyəti" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]
Fakültədə "Qaldırıcı nəqliyyat, tikinti, yol, meliorasiya maşınları və avadanlığı", "Texnologiya proseslərinin avtomatlaşmış idarə edilməsi", "Məlumat idarəetmə sistemləri və texnologiyaları", "İnformasiya texnologiyaları dizaynı", "Qaldırıcı nəqliyyatın istehsalı, saxlanması və təmiri, yol, drenaj maşın və avadanlıqlar profili üzrə peşəkar təhsil", "İdarəetmə və təlimdə kompüter texnologiyası profili üzrə peşəkar təhsil" və "Layihələrin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]
Fakültədə "İstilik və ventilyasiya", "Su və çirkab işlərinin aparılması" və "Ekologiya və ətraf mühit" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]
Universitetdə təhsil alan tələbələr üçün təhsil müddəti ixtisasdan asılı olaraq, bakalavr 4-4,5 il, magistratura isə 1-1,5 ildir.[2]
Universitetdə təhsil alan tələbələr yataqxanada ödənişli əsaslarla 2 və ya 3 yerlik lazımi şəraiti olan otaqlar ilə təmin olunurlar.[2]
Bu ali təhsil müəssisəsində yarandığı gündən 1955-ci ilə qədər ən yüksək rəhbər vəzifə direktor adlanmışdır. 1955-ci ildən isə rektor adlanır. İlk diertoru E. Q. Yakovlev, ilk rektoru isə A. L. Kalişuk olmuşdur.
Soyadı, adı, atasının adı | Fəaliyyət dövrü |
---|---|
Yakovlev E. Q. | 1930 – 1935 |
Lazukov N. V. | 1937 – 1938 |
Şişkin V. E. | 1938 |
Fursov Fyodor İvanoviç | 1944 – 1948 |
Plexov Nikolay Dmitriyeviç | 1948 – 1955 |
Kalişuk A. L. | 1955 – 1961 |
Vetrov Yuri Aleksandroviç | 1961 – 1983 |
Tuqay Anatoli Mixayloviç | 1984 – iyun 2012 |
Bajenov Viktor Andreyeviç (v.i.e.) | iyun – sentyabr 2012[3] |
Kulikov Petro Musiyeviç | 26 sentyabr 2012-ci ildən[4] |
Universitet 26 mart 1976-cı ildə SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[5] Bu mükafatın şərəfinə ali təhsil müəssisəsinin əsas foyesindəki döşəməyə qranit vurulmuşdur.
Fəaliyyət istiqamətinə uyğun olara dünyanın bir sıra ali məktəbləri ilə əməkdaşlıq edir. Bunlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetidir.[6] Xüsusilə AzMİU-nun İnşaat-texnologiya fakültəsinin KNUBA ilə sıx əlaqələri vardır.[7]
Universitet ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Ukrayna ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |