Kiyev Milli Memarlıq və İnşaat Universiteti

Kiyev Milli İnşaat və Memarlıq Universiteti (ukr. Київський національний університет будівництва і архітектури) və ya qısaca: KNUBA (ukr. КНУБА) — Ukraynanın memarlıqinşaat sahəsində mütəxəssislər hazırlayan ən böyük aparıcı ali təhsil müəssisələrindən biri.

Kiyev Milli İnşaat və Memarlıq Universiteti
КСИ, КИСИ, УГУСА, КГТУСА, КНУСА
Map
50°25′39″ şm. e. 30°27′58″ ş. u.
Əsası qoyulub 1930
Tip dövlət ali məktəbi
Rektor Petro Kulikov
Tələbə sayı 10500
Şəhər Kiyev
Ölkə
Ünvan Kiyev, 03680, Povitroflotski prospekti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1930-cu ildə yaradılmışdır.

Fakültələri[redaktə | mənbəni redaktə et]

Universitetdə 6 fakültə fəaliyyət göstərir.

Memarlıq fakültəsi[redaktə | mənbəni redaktə et]

Fakültədə "Binaların və abidələrin memar edilməsi", "Şəhərsalma", "Ətraf mühitin memarlıq dizaynı" və "Təsviri və dekorativ incəsənət" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]

İnşaat fakültəsi[redaktə | mənbəni redaktə et]

Fakültədə "Sənaye və mülkiyyət inşaatı" və "Təşkilati menecment" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]

Geoinformasiya sistemləri və ərazilərin idarə edilməsi fakültəsi[redaktə | mənbəni redaktə et]

Fakültədə "Şəhər inşaat edilməsi və onun idarə edilməsi", "Torpaq idarə edilməsi və kadastrı", "Geodeziya" və "Geoinformasiya sistemləri və texnologiyaları" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]

İnşaat və texnologiya fakültəsi[redaktə | mənbəni redaktə et]

Fakültədə "Bina strukturları, məhsulların və materialların texnologiyası" və "Əmtəəşünaslıq və kommersiya fəaliyyəti" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]

Avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsi[redaktə | mənbəni redaktə et]

Fakültədə "Qaldırıcı nəqliyyat, tikinti, yol, meliorasiya maşınları və avadanlığı", "Texnologiya proseslərinin avtomatlaşmış idarə edilməsi", "Məlumat idarəetmə sistemləri və texnologiyaları", "İnformasiya texnologiyaları dizaynı", "Qaldırıcı nəqliyyatın istehsalı, saxlanması və təmiri, yol, drenaj maşın və avadanlıqlar profili üzrə peşəkar təhsil", "İdarəetmə və təlimdə kompüter texnologiyası profili üzrə peşəkar təhsil" və "Layihələrin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]

Sanitar-texnik fakültəsi[redaktə | mənbəni redaktə et]

Fakültədə "İstilik və ventilyasiya", "Su və çirkab işlərinin aparılması" və "Ekologiya və ətraf mühit" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.[2]

Universitetin yerləşdiyi prospekt (mart 2010).

Təhsil müddəti[redaktə | mənbəni redaktə et]

Universitetdə təhsil alan tələbələr üçün təhsil müddəti ixtisasdan asılı olaraq, bakalavr 4-4,5 il, magistratura isə 1-1,5 ildir.[2]

Yataqxanada[redaktə | mənbəni redaktə et]

Universitetdə təhsil alan tələbələr yataqxanada ödənişli əsaslarla 2 və ya 3 yerlik lazımi şəraiti olan otaqlar ilə təmin olunurlar.[2]

Rəhbərləri (direktor və rektorları)[redaktə | mənbəni redaktə et]

Bu ali təhsil müəssisəsində yarandığı gündən 1955-ci ilə qədər ən yüksək rəhbər vəzifə direktor adlanmışdır. 1955-ci ildən isə rektor adlanır. İlk diertoru E. Q. Yakovlev, ilk rektoru isə A. L. Kalişuk olmuşdur.

Soyadı, adı, atasının adı Fəaliyyət dövrü
Yakovlev E. Q. 1930 – 1935
Lazukov N. V. 1937 – 1938
Şişkin V. E. 1938
Fursov Fyodor İvanoviç 1944 – 1948
Plexov Nikolay Dmitriyeviç 1948 – 1955
Kalişuk A. L. 1955 – 1961
Vetrov Yuri Aleksandroviç 1961 – 1983
Tuqay Anatoli Mixayloviç 1984 – iyun 2012
Bajenov Viktor Andreyeviç (v.i.e.) iyun – sentyabr 2012[3]
Kulikov Petro Musiyeviç 26 sentyabr 2012-ci ildən[4]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Universitet 26 mart 1976-cı ildə SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.[5] Bu mükafatın şərəfinə ali təhsil müəssisəsinin əsas foyesindəki döşəməyə qranit vurulmuşdur.

Beynəlxalq əlaqələri[redaktə | mənbəni redaktə et]

Fəaliyyət istiqamətinə uyğun olara dünyanın bir sıra ali məktəbləri ilə əməkdaşlıq edir. Bunlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetidir.[6] Xüsusilə AzMİU-nun İnşaat-texnologiya fakültəsinin KNUBA ilə sıx əlaqələri vardır.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Directory of Open Access Journals. 2003.
  2. 1 2 3 4 5 6 7 8 "Ukraynada təhsil". 2014-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
  3. Ректору ищут замену Arxivləşdirilib 2012-09-13 at the Wayback Machine nagolos.com.ua
  4. Ректор Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine knuba.edu.ua  (ukr.)
  5. Энциклопедический справочник «Киев» (на русском языке), изд. 3-е под редакцией Кудрицкого А. В., Киев, 1986. Главная редакция Украинской Советской Энциклопедии, стр. 225.
  6. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xarici tərəfdaşları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine azmiu.edu.az  (az.)
  7. Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsi Arxivləşdirilib 2014-06-25 at the Wayback Machine azmiu.edu.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • knuba.edu.ua — Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rəsmi saytı