Kiyev Su Muzeyi

Su İnformasiya Mərkəzi və ya Kiyev Su MuzeyiKiyev şəhərində yerləşən Kreşat parkında Danimarkanın Ekologiya Nazirliyinin dəstəyi ilə Kiyev Şəhər Dövlət Administrasiyası tərəfindən 1872–1876-cı illərdə memar Aleksandr Şile tərəfindən tikilmiş Kiyevin ilk mərkəzləşmiş su təchizatlarından birinin bərpa edilmiş binasında 24 may 2003-cü ildə qurulan informasiya mərkəzi.

Su İnformasiya Muzeyi
Водно-інформаційний центр
Mərkəzin binası.
Mərkəzin binası.
Xəritə
Əsası qoyulub 24 may 2003 (2003-05-24)
Açılış tarixi 2003
Mövzu muzey
Ölkə
Yerləşir Mixaylo Qruşevski küçəsi, Kiyev, Ukrayna
Ziyarətçi sayı 100,000 (hər il)
Direktor Popov Efimoviç
50°27′09″ şm. e. 30°31′53″ ş. u.HGYO
Su İnformasiya Mərkəzi (Ukrayna)
Su İnformasiya Mərkəzi
Su İnformasiya Mərkəzi, Ukrayna
aqua-kiev.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Su İnformasiya Mərkəzi ictimaiyyəti su ehtiyatları və onların rasional istehlakı barədə məlumatlandırır. Sərgi Kiyev şəhərindəki su təchizatlarının, sutəmizləyici qurğuların və çirkab suların təmizlənməsində istifadə edilən qurğuların tarixini nümayiş etdirir.

Su İnformasiya Mərkəzi Kiyev şəhərindəki ən çox ziyarətçi qəbul edən mədəniyyət müəssisələrdən biridir. Mərkəz 23 mart 2014-cü ildə 1,4 milyonuncu,[1] 2014-cü ilin aprel ayında 1.5 milyonuncu ziyarətçisini qəbul etmişdir.[2][3]

Mərkəzin binası XIX əsrin ortalarında memar Aleksandr Şile tərəfindən tikilmişdir. Mərkəzin girişində 1876-cı ildə tikilmiş bir su qülləsi var. Müəssisənin administrasiya mərkəzi su qülləsinin yaxınlıqlarında yerləşir və 1872-ci ildə tikilmişdir. Bu tikililər 2003-cü ildə bərpa edilmişdir. Mərkəzin əsas sərgi zalı 1909-cu ildə Danimarka memarı Karsten Möller tərəfindən tikilmiş yeraltı bir su anbarında yerləşir. Su İnformasiya Mərkəzi 24 may 2003-cü ildə Danimarkanın Ekologiya Nazirliyinin dəstəyi ilə Kiyev Şəhər Dövlət Administrasiyası tərəfindən qurulmuşdur.[4]

Sərgi zalı həm informativ, həm də interaktivdir. Mərkəzdə texniki sərgilər, akvaparklar və teatrlar mövcuddur. Ziyarətçilərə su ehtiyatları və onların bəşəriyyətdə önəmi haqda məlumat verilir. Mərkəzdə bir meydança da var. Mərkəzdə içərisində koi balıqları olan bir akvarium var. Bu, suyun bütün canlılara olan önəmini təmsil edir.[5]

  1. "Київський „Музей води" відкрив нову відео-експозицію". Ukrayna Müstəqil İnformasiya Agentliyi. 25 mart 2014. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  2. "Водно-інформаційний центр зустрів свого мільйонного відвідувача". Kiyev şəhər şurası. 4 aprel 2011. 2014-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  3. Anna Yellanski. "Розмова з директором Водно-інформаційного центру Олександром Юхимовичем Поповим". primetoru.ua. 1 sentyabr 2010. 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  4. Aleksandr Omelşenko. "Дорогі мої кияни! (привітання до Дня Києва)". Həftənin aynası (veb-sayt). 23 may 2003. 30 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.
  5. "Водно-інформаційний центр в Києві". Tours De Kiev. 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]