Klauzula

Klauzula - Hər hansı müqavilədə, xüsusilə, beynəlxalq müqavilələrdə və mövcud şəraitin dəyişməsi ehtimalı böyük olan hallarla bağlı müqavilələrdə, məsələn, sığorta müqaviləsində edilən müəyyən qeyd-şərtlər və düzəlişlər. Bu qeyd-şərtlərə, əsasən, müqavilənin bağlandığı andakı vəziyyətin dəyişməməsi halında müqavilənin qüvvədə olması şərti, müəyyən hallar baş verdikdə müqavilə öhdəliklərindən azad olma şərtləri və bu kimi digər şərtlər aiddir. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.125-126