Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich, 15 may 1773[3][4][…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası[1] – 11 iyun 1859[3][5][…], Vyana[2][1]) — Avstriya dövlət xadimi, Avstriya imperiyasının Xarici işlər naziri və dövlət kansleri, Vyana konqresinin əsas təşkilatçısı. 1848-ci il Avstriya inqilabı zamanı istefa vermişdir.
Klemens fon Metternix | |
---|---|
alm. Klemens Wenzel Lothar von Metternich | |
| |
Avstriyanın xarici işlər naziri | |
1809 – 1847 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, yazıçı |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Avropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir.[6]
Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi.
Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur. 1820-ci ildə Rus Çarı I Aleksandrın müraciəti üzrə hazırlanan memorandumda Metternix öz şəxsi görüşlərinə əsaslanaraq Avropadakı liberal hərəkatları, millətçilik meyillərini şərh edir, onların səbəblərini analiz edir və mübarizə üsulları ilə həll yollarını irəli sürür. Metternixin irəli sürdüyü mühafizəkar prinsiplər, demək olar bütün XIX əsr boyu, Avropadakı imperiyaların öz mövqelərini saxladığı bir dövrdə mühafizəkarların liberalizmə, inqilablara, milli azadlıq hərəkatlarına, siyasi hüquqlara, islahatlara, Konstitutsiyaya, mətbuata və.s yenilik adlanan bir çox anlayışa qarşı mövcud olan münasibətlərini ümumi şəkildə əks etdirdiyi üçün həmin dövrdə mühafizəkarlığın daxili böhranını, bir dönmə nöqtəsində olduğunu başa düşməkdə əhəmiyyətli mənbələrdəndir.[6]