Kleopas Sifo Dlamini (ing. Cleopas Sipho Dlamini; svati Cleopas Sipho Dlamini) – 16 iyul 2021-ci il tarixindən etibarən Esvatininin Baş naziri olaraq vəzifə yerinə yetirən svati iş adamı.[2]
Kleopas Sifo Dlamini | |
---|---|
Esvatini Krallığının Baş naziri | |
19 iyul 2021 – h.h | |
Əvvəlki | Temba Masuku (müvəqqəti) |
Şəxsi məlumatlar | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | icraçı direktor, siyasətçi |
Həyat yoldaşı | Lomvula Hlope |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2020-ci ilin dekabrında Ambroz Mandvulo Dlamininin ölümündən sonra vəzifəsini icra edən Temba N. Masukunu əvəz etdi. Baş nazir təyin edilməzdən öncə, Esvatini Krallığının İctimai Pensiya Fondunun baş icraçı direktoru idi. O, eyni zamanda Esvatini Senatında senator olub.[2]
16 iyul 2021-ci ildə Esvatinidə monarxiyaya qarşı böyük siyasi iğtişaşların ardından, Mbabanenin təxminən 20 kilometr cənubundakı Ludzidzini Kral Sarayında keçirilən sibayada Kral III Msvati Kleopas Dlaminini növbəti Baş nazir təyin etdiyini bildirdi. Yeni Baş nazir 19 iyul 2021-ci ildə and içdi və eyni zamanda Esvatini Parlamentinin üzvü kimi də and içdi. 20 iyul 2021-ci il səhər saatlarında ilk kabinet iclasına sədrlik etdi.[3]