Klinoxlor (Mg, Fe2+)5 Al (Si3 Al) O10 (OH)8 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Klinoxlor | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Mg₅Al(AlSi₃O₁₀)(OH)₈[1] |
Strunz təsnifatı | VIII/H.23 |
Vikianbarda əlaqəli mediafayllar |
Kemmererit mineralın xromlu (~ 2 % Cr2O3), leyxtenbergit isə azdəmirli növ müxtəliflikləridir.
Rəng – müxtəlif çalarlı yaşıl, sarı, çəhrayımtıl-ağ, ağ, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – yarımşəffaf, nazik vərəqlərdə şəffaf; Sıxlıq – 2,5–2,7; Sərtlik – 2–2,5; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Morfologiya – kristallar: lövhə şəkilli, çəlləkvari; İkiləşmə: xlorit və mika qanunları üzrə; Mineral aqreqatları: pulcuqlu, gizlipulcuqlu, bəzən torpaqvari kütlələr, vərəqlər, süxur boşluqlarında – druzalar.
Metamorfik mənşəli klinoxlor xlorit şistlərinin tipik əsas süxurəmələgətirən mineralıdır. Habelə alp tipli damarlarda, skarnlarda, kolçedan və mis-nikel yataqlarının filizyanı dəyişilmiş süxurlarında, mineralın xromlu əmələgəlmələri isə dəyişilmiş hiperbazitlərdə və xromit yataqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: epidot, diopsid, qranat, vezuvian, kalsit. Mineralın tapıldığı yerlər: Saranov və Axmatov yataqları, Nazyam dağları (Rusiya); Sermatt (Avstriya); Tirol, Binnental (İsveçrə); Kop-Krom mədəni (Türkiyə); Bryuster (ABŞ) və b. Azərbaycanda klinoxlor və onun azdəmirli növ müxtəlifliyi olan leyxtenbergit skarn tipli Daşkəsən dəmir filizi yatağında, mineralın xromlu növ müxtəfliyi – kemmererit isə Göydərə xromit və Ağqaya civə yataqlarında aşkar edilmişdir.
Geniş miqyasda yayıldıqları halda xlorit şistləri kağız sənayesində istifadə edilir.