Klirinq evi - Fyuçers və ya fond bazarlarında bağlanmış müqavilələr əsasında maliyyə əməliyyatları üzrə qarşılıqlı əvəzləmə və hesablaşma xidmətlərini göstərən və bu müqavilələrin icrasına nəzarət edən maliyyə institutu. Klirinq evi birjanın bir qurumu kimi və ya müstəqil təşkilat kimi fəaliyyət göstərə bilər. Klirinq evi inzibati mərkəz kimi çıxış etməklə alıcı və satıcılar arasında müqavilə üzrə öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə kömək etməklə onların işini asanlaşdırır və risklərini azaltmış olur. [1]