Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Purpur söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Purpur söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır.
Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çox vaxt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoxşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları xətvari-neştərşəkilli olub, erkən töküləndir. Tumurcuqları xırda, 3–5 mm uzunluğunda, budağa sıxılmış vəziyyətdə, qırmızı-qonur rəngli, çılpaqdır. Çiçəkaltı pulcuqları ovalşəkilli, tüklüdür. Erkəkcikləri 2-dir, saplaqları ilə birləşib erkəkcik şəklini almışdır, təpəsində qırmızı rəngli dördyuvalı tozluqlar vardır, telləri tüklüdür. Yumurtalığı saplaqsız və yumurtavari, təxminən 1,5 mm uzunluğunda; sütuncuğu qısadır, dişicik ağzı 2–4 yerə bölünmüş qırmızı rənglidir. Mart-aprel aylarında çiçək açır, may-iyun aylarında meyvə verir.
İşıqsevən və torpağa az tələbkar bitkidir. İşıqsevən mezofitdir.
Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Abşeronda yaşıllaşdırma geniş istifadə edilir.