Knidosporidilər tipi

Knidosporidilər tipi (lat. CNIDOSPORIDIA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan tip.

Knidosporidilər tipi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Knidosporidilər tipi
Beynəlxalq elmi adı
CNIDOSPORIDIA

Haqqında[redaktə | mənbəni redaktə et]

Knidosporidiler — parazit ibtidailərin özünəməxsus qrupu olub, uzun müddət sporlulara aid edilmişdir. Knidosporidiler sporlulardan həyat dövriyyəsinin bir sıra xüsusiyyətlərinə və sporun quruluşuna görə fərqlənir. Onlann sporlarında ikinüvəli amöbvarı rüşeymdən əlavə, bir neçə (1–4) polyar kapsula vardr. Polyar kapsulalar bağırsaqboşluqluların dalayıcı hüceyrələrinə oxşar olub, içərisində spiral şeklində burulmuş sap yerləşir. Bu saplar xaricə atılmaq qabiliyyətinə malikdir. Bağırsaq şirələrinin təsirindən saplar xaricə atılaraq sporu bağırsağın divarına yapışdırır. Burada rüşeym spordan xaricə çıxaraq inkişaf edir. Inkişafın ilk mərhələsindeə knidosporidiler heyvanlann toxuma və orqanlarında parazitlik edən kiçik amöbvari orqanizmləri xatırladır. Onlar burada böyüyür və nüvələri dəfələrlə bülünür. Neticədə çoxnüvəli plazmodiler emələ gəlir. Plazmodinin endoplazmasında spor formalaşmağa başlayır. Knidosporidiler sporlulardan fərqli olaraq, bütün həyatları boyu spor əmələ gətirirlər. Knidosporidilor tipi 2 sinfə bülünür: 1. Selikli sporlular (Myxosporidia) 2. Aktinomiksidiler (Actinomyxidia).[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Actinomyxidia ТИП КНИДОСПОРИДИИ (CNIDOSPORIDIA)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh