Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kolin Farel (ing. Colin Farrell; 31 may 1976[2][3][…], Dublin) — irland aktyor.
Kolin Farrel | |
---|---|
ing. Colin Farrel | |
Doğum adı | Colin James Farrell |
Doğum tarixi | |
Doğum yeri | Dublin, İrlandiya |
Vətəndaşlığı | |
Uşağı | 2 |
Partnyorları |
|
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1997–hal-hazırda |
IMDb | ID0268199 |
Vikianbarda əlaqəli mediafayllar |
Kolin Farrell 1976-cı il Mayın 31-i İrlandiyanın Castleknock qəsəbəsində dünyaya gəlib. 1,78 m boyunda olan aktyorun 2 əkiz bacısı (Claudine və Catherine) və 1 qardaşı (Eamonn Jr) var. Atası İrlandiyalı futbolçu olan Eamon Farrellin və Rita Farrellin ən kiçik oğludur. Bacısı Claudine Colinin şəxsi köməkçisi olaraq işləyir. Təhsilinə Castleknock’dakı St. Briged’s National School’da başlayır və Castleknock College ve Gormanstown College’də bitirir. 1980-cı illərin sonundan 1990-cı illərin əvvəlinə qədər Castleknock Celtic’də futbolçu olaraq oynayır. Kolin atası kimi futbolçu olmaq istəsə də drama məktəbi olan Gaiety School of Acting’e girməsi onun fikrini dəyişdirir. Beləliklə Colin aktyor olmağa qərar verir. 1996-cı ildə o bu məktəbdən məzun olmadan ayrılır və BBC’nin TV serialı Ballykissangel ‘da, 1998-1999-cu illər arasında Dierdre Purcell’in serialı olan Falling For A Dancer’ rol alır.
Kolin Farrel, 1999-cı ildə Tim Rothun ilk rejissorluq sınağı olan The War Zone və ardından 2000-ci ildə Thadedeus Sullivanın idarə etdiyi və Kevin Spaceyin də rol aldığı Ordinary Decent Criminalla tamaşaçı qarşısına çıxdı.
Heç şübhəsiz Kolin Farrell debütünü 2000-ci il istehsalı Joel Schemacherin idarə etdiyi və 1971-ci ildə Lousianadakı əsgərlərdən bəhs olunan Tigerland adlı döyüş filmiylə reallaşdırdı. Farrellin filmdə canlandırdığı Roland Bozz xarakterinin, özünün gerçək həyatdakı gem vurulamayan və diqqətləri üzərinə çəkən quruluşuyla üst-üstə düşməsi sayəsində olduqca yaxşı tənqidlər qazandı. Bu filmin ardından 2001-ci il istehsalı American Outlaws filmində Jesse Ceyms xarakterini canlandırdı. Bu filmlə Hollywooda transfer oldu.
2002-ci ildə təkrar Joel Schemacher filmi olan Telefon köşkü`ndə rol alan Kolin Farrel, artıq iyirmi yaşlarında Hollywoodun çox tələb olunan aktyorlarından birinə çevrildi. Filmin qəhrəmanı Styu Şeferd telefon köşkünün əsirinə çevrilir. Filmdə snayperin öldürməklə hədələdiyi adamdan bəhs olunur. Styu Şeferd və ya sadəcə Styu (Colin Farrel) telefon köşkünə girir və telefonu götürərkən naməlum şəxs deyir ki,əgər o köşkdən çıxsa öləcək... Filmdəki hadisələr real zamanda baş verir-film hadisələrin baş verdiyi ilk dəqiqədən son dəqiqəyədək tam təsvir olunur. Filmdəki hadisələr Nyu-Yorkda baş versə də film Los-Ancelesdə çəkilib. Baş rol Cim Kerri, Uill Smit, Mel Gibson, Toni Kertisə qismət ola bilərdi. Maykl Bey filmin rejissoru ola bilərdi. Film əsasən Nyu-York universiteti tələbəsinin 1996-cı ildə lentə aldığı "Xəttin sonu" adlı qısametrajlı filmin motivləri əsasında ekranlaşdırılıb. Snayperçinin tam aydın görünmədiyi səhnə əvvəlcə Ron Eldardın, sonra isə Kifer Sazerlendin iştirakı ilə çəkilib. Filmin premyerası 2002-ci il noyabrın 15-nə planlaşdırılmışdı. Amma Merilenddəki faciədən sonra film 2003-cü il aprelin 4-ü ekranlara buraxıldı. 1960-cı illərdə Larri Koen filmin konsepsiyasını Alfred Hiçkoka təklif edir. İdeya Alfred tərəfindən bəyənilsə də, qəhrəmanın niyə telefon köşkündən çıxa bilmədiyinin səbəbini tapa bilmirlər. Koen 1990-cı illərdə ssenarini yenidən vərəqləyir və snayperçi ideyasını fikirləşir. Larri Koen filmin ssenarisini bir aya yazıb. İrlandiyada film "Telefon qutusu" adı altında ekranlara çıxıb. Filmdəki bütün səhnələr ardıcıllıqla lentə alınıb. Film cəmi 12 günə lentə alınıb. 10 gün telefon köşkünün içindəki çəkilişlər üçün, 2 gün isə telefon köşkünün ətrafındakı çəkilişlər üçün lazım olub. Styu günahlarını etiraf etdiyi səhnə bircə dubla lentə alınıb. Keti Holmsla restorandakı kadr dubllararası fasilələrdə lentə alınıb. Ketinin baxışları rejissorun xoşuna gəlir və epizodu filmə əlavə etmək qərarına gəlir.
Karyrasına 2002-ci ilin sonlarında, Bruce Willislə baş rollarını paylaşdığı Hartın müharibəsi ilə davam edən Farrel, eyni ildə, Tom Cruiseun baş rolda çəkildiyi Steven Spielberg filmi Minority Reportla da tamaşaçı qarşısına çıxdı.
2003-cü il istehsalı Daredevil və Al Pacinoyla oynadığı The Recruit, 2004cü il istehsalı detektiv macəra S.W.A.T. və Makedoniyalı İskəndər kimi bir çox polulyar filmdə rol alan Colin Farrel, tək başına filmləri apara bilən bir aktyor halına gəldi.
Colin 2003-cü ildə “People” jurnalının 50 ən gözəl insan sıralamasında və “Company”jurnalının “Dünyanın ən cazibədar” kişisi sıralamasında 6-cı olur.
Colin Farrelin 12 yaşından bu yana xroniki yuxusuzluq problemi var. Onun ən sevdiyi kitabın adı "Nietzsche Ağladığında"dır. Məşhur aktyor Colin Farrelin təyyarə qorxusu var.
Colin bir zamanlar narkotikaya aludə olsa da bu bəladan qurtulmağı bacarır. ”Narkotikdən qurtulduğum an özümü yenidən dünyaya gəlmiş kimi hiss etdim, zehnim cavanlaşdı” deyə aktyor jurnalistərlə öz fikrini bölüşür.
Şəxsi həyatında isə 2001-ci ildə ingilis aktrisa Amelia Warnerlə evlənsə də eyni ili boşanırlar. Ardından Kanadalı model Kim Bordenave ilə birlikdə yaşamağa başlayır və cütlüyün 12 sentyabr 2003-cü il James adında bir oğulları olur. 2009-cu ildə isə aktrisa Alicja Bachleda-Curuś və Colinin Henry Tadeusz Farrell adında oğulları dünyaya gəlir. Cütlüyün münasibəti isə 2010-da bitir.
Colin Farrell özü haqqında isə belə deyir:
”Mən ailəsini, vətənini hər şeydən çox sevən əsl irlandalıyam. Hollywood isə mənim yalnız iş yerimdir.”