Britni Cin Spirs (ing. Britney Jean Spears; 2 dekabr 1981[1][2][…]) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir.
Britni Spirs | |
---|---|
ing. Britney Spears | |
Ümumi məlumatlar | |
Doğum adı | Britney Jean Spears |
Ləqəbləri | Bit-Bit, Brit, Pinky |
Doğum tarixi | 2 dekabr 1981[1][2][…] (42 yaş) |
Uşaqları | 2 |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], rəqqasə, aktrisa |
Fəaliyyət illəri | 1992-ci ildən |
Janrlar | pop musiqisi, dans-pop, elektropop[d], sinti-pop, elektronik rəqs musiqisi[d] |
Musiqi alətləri | piano |
Səs tembri | soprano |
Albom şirkətləri | RCA Records, Jive Records[d], Sony Music[d] |
britneyspears.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına gorə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.
Spirs 2004-cü ildə uşaqlıq dostu Ceyson Allen Aleksandr ilə evlənsə də, 55 saat sonra evliliyi ləğv etmişdir.[5] 2004–07-ci illərdə Kevin Federlin ilə evli olmuşdur. 2022-ci ildən Iran əsilli ABŞ modeli Sam Asgari ilə nikahdadır.[6]