Kolin Artur O’Donoqu (ing. Colin Arthur O'Donoghue)[1] — İrlandiyalı aktyor və musiqiçidir. Biri Var İdi, Biri Yox İdi serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan Ayin filmində kahin Maykl Kovak rolunu ifa etmişdi.
Kolin O’Donoqu | |
---|---|
Colin O'Donoghue | |
| |
Doğum adı | Kolin Artur O’Donoqu |
Doğum tarixi | |
Doğum yeri | Droqeda, Lous Qraflığı İrlandiya |
Milliyyəti | İrland |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Helena O’Donoqu (e. 2009) |
Uşağı | 2 |
Atası | Con O’Donoqu |
Anası | Meri O’Donoqu |
Fəaliyyəti | |
Fəaliyyət illəri | 2001-indiyədək |
Təhsili | Gaiety School of Acting |
Tanınma səbəbi | Biri Var İdi, Biri Yox İdi |
IMDb | ID1524440 |
colinodonoghue.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Kolin Con və Meri O'Donoqunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb.[2] O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu.[3] 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə getdi.[4]
Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başladı.[5] 2003-cü ildə Krismas Üçün Ev filmində oynadığı Norman roluna görə Ən yaxşı yeni istedad nomonasiyası üzrə İrland Film və Televiziya Mükafatı-na layiq görüldü.[5][6]
2009-cu ildə Tudorlar adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol ifa etdi. Hollivuddakı ilk film debütünü Antoni Horpinks ilə Ayin (2011) filmi ilə etdi.[7] O kastinq üçün özünün kastinq videosunu Droqedada dostunun studiyasinda hazırladı və ABŞ-yə göndərdi. 2003-cü ildə fəaliyyətə başlamış "The Enemies (Düşmənlər)" adlı musiqi qrupunun üzvüdür və qrup üçün mahnı oxuyur və gitara çalır.[7]
2012-ci ildə ABC-nin hit serialı olan Biri Var İdi, Biri Yox İdi serialının ikinci mövsümünə Kapitan Huk roluna seçildi. 2014-cü ildə o Qum Fırtınası filmində əsas rol olan musiqiçi Brennan roluna çəkildi. Filmin çəkilişləri Tennessi ştatının Neşvill şəhərində baş tutdu.[8][9]
Kristina Perri Kolinin Biri Var İdi, Biri Yox İdi serialındakı yaratdığı Kapitan Huk obrazı üçün "The Words (Sözlər)" adlı mahnı yazmışdır.[10]
Kolin 5 nəfərdən ibarət olan The Enemies (Düşmənlər) adlı İrland musiqi bandının üzvü olmuşdur. Bu band o və yaxın dostu Ronan Makqullian tərəfindən 2003-cü ildə yaradılmışdır. Band özlərinin ilk albomunu 7 mart 2011-ci ildə satışa çıxartdılar.[11][12] Kolin albom üçün mahnı ifa etmiş və gitara çalmışdır.
Band Koka-Kolanın "5BY20" layihəsi üçün mahnı hazırlamışdır.[13][14] Onların debut albomları olan Sounds Big on the Radio 2013-cü ilin mart ayı üçün nəzərdə tutulsada sonradan 2014-cü ilə dəyişdirildi.[15] 2013-cü ilin may ayında Kolin Biri Var İdi, Biri Yox İdi serialının çəkilişlərinə görə qrupu tərk etdiyini bildirdi.[16]
Kolin 2009-cu ildə məktəb müəlliməsi olan Helena ilə Tudorlar serialındakı ifasından sonra evləndi.[17] Çütlük 18 yaşlarından sevgili idilər və bir oğlan[18] və bir qızları var.[19]
İl | Filmin adı | Rol | Qeydlər |
---|---|---|---|
2003 | Çağırılmış Qız | Brendan | Qısametrajlı film |
2006 | 24/7 | Nik | Qısametrajlı film |
2009 | The Euthanizer | Ben | Qısametrajlı film |
2011 | Ayin | Maykl Kovak | |
2012 | Anbar 24 | Mark | |
2016 | Qum Fırtınası | Brennan | |
2017 | Kerri Pilbi | Professor Harrison | |
2018 | Hələ Nələr Qalıb' | Peter | Post-istehsal |
İl | Filmin adı | Rol | Qeydlər |
---|---|---|---|
2001 | Üsyankar Ürək | Rou | Mini serial; 1 seria |
2002 | Krismas Üçün Ev | Norman Quested | Televiziya filmi İrland Film & Televiziya Mükafatı "Ən yaxşı yeni istedad"-a görə[20] |
2004 | Eşq Narkotiqdir | Piter | 2 seria |
2005 | Sübut | Ceymi | 2 seria |
Ədalətli Şəhər | Emmet Fitzqerald | 3 seria | |
2006–08 | Klinika | Konor Elliott | 11 seria |
2009 | Tudorlar | Duk Filip | Seria: "Kromvelin etmədiyi" |
Vəhşi Dekabrlar | Gənc gözətçi | Televiziya filmi | |
2011 | Şəxsiyyət | Con Blum | Television pilot |
2012–indiyədək | Biri Var İdi, Biri Yox İdi | Kapitan Huk | Əsas rol (2-ci mövsüm–indiyədək) |
İl | Ad | İfaçı(lar) | Rol | Mənbə |
---|---|---|---|---|
2015 | "The Words" | Kristina Perri | Sevgi marağı | [21][22] |
İl | Ad[23] | Rol | Teatr | Məkan |
---|---|---|---|---|
Aoif və İzobel | Procekt Teatr | Dublin, İrlandiya | ||
Yazın Arzusu | Hekayəçilər Teatr Şirkəti | Dublin, İrlandiya | ||
Tutulma | Olivier Teatr | London, İngiltərə | ||
Eugun Oneqin – Yol Şousu | Fərqlilik Teatr Şirkəti | Oksford, İngiltərə | ||
Tərk | Quarehawks Teatr Şirkəti | Monaqan, İrlandiya | ||
Maykın Ay İşığı | Kalipo Teatr Şirkəti | Droqeda, İrlandiya | ||
Otello | İkinci Əsr Teatr Şirkəti | Dublin, İrlandiya | ||
Ucqar Adalar | Ada Teart Şirkəti | Çikaqo, ABŞ | ||
Səma Yolu | Royal Teatr | Voterford, İrlandiya | ||
Fıstığın Təmiri | Rough Magic Teart Şirkəti | Dublin, İrlandiya | ||
Yolda Gəzişmə | Aksis Teatr | Vankuver, Kanada | ||
Ölü Nə İstəyir | Procekt Teatr | Dublin, İrlandiya |
İl | Mükafat | Nominasiya | Nəticə | Qeydlər |
---|---|---|---|---|
2003 | İrland Film və Televiziya Mükafatı | Ən Yaxşı Yeni İstedad | Qazandı | Krismas Üçün Ev |
2014 | Xalqın Seçimi Mükafatı | Efirdə Bəyənilən Aktyor Cennifer Morrison ilə paylaşdı | Namizəd | Biri Var İdi, Biri Yox İdi |
2015 | Yeniyetmə Seçimi Mükafatı | Choice TV Liplock Cennifer Morrison ilə paylaşdı | Namizəd | Biri Var İdi, Biri Yox İdi |
2016 | Yeniyetmə Seçimi Mükafatı | Choice TV Liplock Cennifer Morrison ilə paylaşdı | Qazandı | Biri Var İdi, Biri Yox İdi |