2-ci Kolumbiya və Peru müharibəsi— 1932-1933 illərdə Peru və Kolumbiya arasında ərazi mübahisəsindən başlanan müharibə.
Kolumbiya-Peru müharibəsi (1932-1933) | |||
---|---|---|---|
Tarix | 1 sentyabr 1932 - 24 sentyabr 1933 | ||
Yeri | Kolumbiya | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Müharibənin əsas səbəbi Peru və Kolumbiya arasındakı ərazi mübahisəsi idi.24 mart 1922 hər iki tərəf <<Solomon-Lozano>> anlaşmasını imzalayır.Sazişə görə Letisia ərazisi (Letisia və Loreto çay limanları) Boyo-Amozonas hövzəsi Kolumbiyaya verilir.1932 -ci ildə Peru prezidenti polkovnik Luis Sances Serro anlaşmaya yenidən baxılmalı olduğu və Letisia limanının Peruya verilməli olduğunu bildirdi.
Peru quru qoşunlarında 5 diviziya,1kavalerlər briqadası,Milli qvardiya ,dənizdə 2 kreyser,5 çayda hərəkət edən kanoner və 60 təyyarəyə sahib idi.Kolumbiya 5 quruda hərəkət edən diviziya ,1kavalerlər briqadası,3dəniz və 6 çayda hərəkət edən kanoner qayığı,20 təyyarəsi var idi.
1 sentyabr 1932 250 mülki perulu başda mühəndis Ordones olmaqla Peru və Kolumbiya sərhəddini keçir.Qiyam qalxır Letisiya limanı ələ keçirilir.Sonrakı gün Loreto şəhərində ərazinin Peruya verilməsi ücün cıxışlar başlayır.Peru hökuməti bu qiyama hec bir əlaqəsi olmadığını bildirsədə əslində isə separatcılara kömək məqsədi ilə kanoner qayığı vastəsılə əsgər və silah-sursat göndərir.Artıq 30 sentyabrda Peru acıq şəkildə bu torpaqların ona aid olduğunu bildirdi.Bu hadisələr Kolumbiyada vətənpərlik hislərini hücləndirir.19 sentyabrda E.Tiempo qəzetinin verdiyi məlumata görə 10000 nəfər məktub yazaraq müharibəyə getməyə hazır olduqlarını bildirdilər.Boqota kücələrindən 1000 tələbə keçid edərək <<Sances Serroya Ölüm>> şuarını səsləndirirlər.3 oktyabrda Kolumbiya Millətlər Liqasına müraciət edərək Perunu günahlandırır.Bununla belə Peru hücümu davam etdirir və 1 noyabrda Tarapakeni tutaraq mübahisəli torpaqların işğalını bitirir.Kolumbiya tərəfindən hərbi müdaxilənin zəyifliyi torpaqların asanlıqla itirilməsinə səbəb olur.Kolumbiya əraziyə Alfredo Kobonun başçılığı ilə 1500nəfər əsgər və 25 müxtəlif təyinatlı texnika göndərir.Kolumbiya ordusu 1933-fevralın 14 də Braziliya ilə neytral ərazidən bölgəyə irrəliləyir.Kolumbiya ordusu komandanlığı tərəfində Perunun bölgədəki briqada komandiri Diasa işğal olunmuş əraziləri tərk etməsi üçün ultimatum göndərilir.Buna cavab perulular Kolumbiyaya məxsus <<Kordova>> kanoner qayığını atəşə tutur.Bu da Kolumbiyanın hərbi əməliyyatlara başlamasını dahada sürətləndirir.4-saatlıq sürən döyüşdən sonra kolumbiyalı ordu Peru qarnizonunu Taranakedən sıxışdırıb cıxarmağa nail olurlar.15 martda Peru Kolumbiya ilə bütün əlaqələrini kəsərək ,ölkədə səfərbərlik elan edir.17 martda Kolumbiya ordusu hücüm əməliyyatlarını genişləndirərək ,19 martda peruluları Buenos-Ayres kəndindən cıxararaq hərbi əməliyyatları Peru ərazisinə keçirir və möhkəmləndirilmiş Qveli yaşayış məntəqəsini tuturlar.Peru itirdiyini geri qaytarmaqdan ötrü hücumu gücləndirir.Bu məqsədlə <Almirante Qrau> kreyseri və iki sualtı qayıqları Panama kanalı,Karib dənizi oradanda Amazon çayı vastəsi ilə münaqişə bölgəsinə göndərilirdi amma 24 mayda Manausda sulh danışıqları səbəbindən dayanmalı olur.
Serro 30 aprel 1933-cü ildə öldürülür.Onu Osqar Benaviqes əvəzləyir.12 mayda Peru sülh danışıqlarına razı olur(hansı ki o vaxta qədər Braziliyanın sülh danışıqları təklifini rədd etmişdi).25 mayda imzalanmış anlaşmaya əsasən Letisia 1 iliyə Millətlər Liqasının tabeliyinə verilir.24 mayda (Rio-de-Janeyro)anlaşmaya əsasən sərhədlə bağlı bütün anlaşmazlıqlar taamamən aradan qalxır və Letisa Kolumbiya torpağı olaraq təstiqlənir .Sülh anlaşmasına rəsmən 2 noyabrda imza atılır.