Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Millətlər Liqası — universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində çoxdan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmadı. Birinci Dünya müharibəsinin dəhşətli fəlakəti, on milyonlarla insanın çəkdiyi əzablar belə bir halın təkrarlanmasının qarşısını almağa malik ümumdunya təşkilatının ideyasına ümumi marağı gücləndirdi. I Dünya müharibəsini başa çatdırmaq üçün 1919-cu ilin 28 aprelində Parisdə keçirilən sülh danışıqlarının yekununda yaradılan Millətlər Liqası (ing. League of Nations, fr. Société des Nations, isp. Sociedad de Naciones) təəssüf ki, sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Millətlər Liqası 26 il müddətində fəaliyyət göstərmiş və bu dövr ərzində yol verilən səhvlər institutun dağılmasına təsirsiz ötüşməmişdir. Nəticədə Millətlər Liqasının Ali Şurasının 18 aprel 1946-cı ildə keçirilən XXI son toplantısında təşkilat fəaliyyətini dayandırmışdır.
Millətlər İttifaqı LN, SDN, SdN, VB, SDN, 國聯, 国联, 國聯, Kok-liân, SDN, SDN, ΚτΕ, ОН, SDN | |
---|---|
Yaranma tarixi | 1919[1] |
Ləğvolma tarixi | 18 aprel 1946, 20 aprel 1946 |
Rəsmi dili | |
Mərkəzi | |
Vikianbarda əlaqəli mediafayllar |
Paris Sülh Konfransının 25 yanvar 1919-cu ildə edilən yığıncağında beynəlxalq sülhü və etibarılığı təmin edəcək və davam etdirəcək bir Millətlər Cəmiyyəti yaradılmasına qərar verildi. Bu qərarı yerinə yetirmək üçün bir komissiya quruldu.Komissiyanın hazırladığı Nizamnamə 28 aprel 1919 tarixində konfransın Baş Məclisi tərəfindən qəbul edildi və beləliklə bu sənəd Millətlər Cəmiyyətinin yaranmasının əsası oldu. Günümüzdəki Birləşmiş Millətlər Təşkilatının təməli sayılan bu institut Birinci Dünya müharibəsindən sonra Versal sülh müqaviləsinin ilk 26 maddəsindən ibarət Nizamnaməsini tərəflərin ratifikasiya etməsindən sonra 10 yanvar 1920-ci il tarixdə İsveçrədə quruldu.
Nizamnamənin başlanğıc hissəsində, Liqanın ümumi məqsədləri ilə, üzvlərinin daşıyacağı məsuliyyətlər belə təyin olunmuşdur:
"Xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək üçün, döyüşə başvurmamak mövzusunda bəzi öhdəlikləri qəbul etmək, gizlilikdən uzaq, ədalətli və şərəfli beynəlxalq əlaqələri davam etdirmək; Təşkilatlanmış xalqların qarşılıqlı əlaqələrində ədaləti qorumaq və müqavilələrdən irəli gələn bütün öhdəliklərə diqqətlə hörmət göstərmək... "
26 maddədən ibarət olan, ümumi üzvlük, məlumat və təşkilatın strukturu, sülhün davamlılığını təmin etmək, müqavilələr, beynəlxalq əməkdaşlıq və beynəlxalq idarəetmə, müqavilə müddəalarının dəyişdirilməsi kimi xüsusları təyin mətninə görə isə:
Millətlər Liqası dövlətlər arası münasibətləri tənzimləyə xidmət edən beynəlxalq qurumun yaradılmasında ilk addım oldu. Qalib ölkələr məğlub dövlətlərdən aldıqları müstəmləkə torpaqlarını Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında aralarında bölüşdürdülər. Mandat sistemi eyni zamanda xalqlara müstəqil dövlətlərini qurmaqda yardımı nəzərdə tuturdu. Mandatların Böyük Britaniya və dominionlarına, Fransa, Yaponiya və Belçikaya verilməsi müəyyənləşdirilmişdir. Üç mandat kateqoriyası (A,B,C) təsis edilmişdir.
Müxtəlif vaxtlarda təşkilatın tərkibinə 63 üzv dövlət daxil idi. 42 əsas üzvü olub.
Daimi üzvləri:
Türkiyə təşkilata 1932-ci ildə cəmiyyətin dəvəti ilə daxil olub. Cəmiyyətin orqanları – bütün üzvlərin bərabərhüquqla təmsil olunduqları Ali Şura, sayı vaxtaşırı dəyişən daimi və müvəqqəti üzvlərdən ibarət Təhlükəsizlik Şurası və katiblikdir (2-ci maddə). Ənənəvi dövlət sisteminin əsas prinsipləri "suverenlik", "ərazi bütövlüyü" Cəmiyyətin də əsas götürdüyü prinsiplərdəndir. Təşkilatın başlıca vəzifəsi xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizliyi qorumaq idi. Cəmiyyətin məqsədi beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və beynəlxalq sülh və təhlükəsizliyi tərksilah, hərbi toqquşmaların qarşısının alınması, dövlətlər arasında mübahisələrin sülh yolu ilə həll edilməsi, Yer kürəsində həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etmək idi. Lakin Liqanın Nizamnaməsində güc tətbiq etmək (dövlətlərin müharibə hüququ) tamamilə qadağan edilməmişdi.
Dövlətlər Millətlər Liqasına üzv olmaqla heç bir vaxt müharibəyə qoşulmamağı deyil, Nizamnamədə qadağan edilən vəziyyət və formada müharibəyə əl atmamağı qəbul etmiş olurdular. Bu vəziyyət vaxtaşırı baş verən toqquşmaların qarşısını almaq yönündə tədbirlərin inkişaf etdirilməsinə böyük mane olurdu.
Beynəlxalq Daimi Məhkəmə Cəmiyyətin orqanı olmamasına baxmayaraq, Millətlər Cəmiyyətinin Nizamnaməsinin 14-cü maddəsində Cəmiyyətin Ali Şurasının Daimi Beynəlxalq Məhkəmə ilə bağlı hazırlıqları görərək üzvlərin müzakirəsinə təqdim etmək nəzərdə tutulub. Beynəlxalq Daimi Məhkəmə Məhkəmə Statusunun məclisdə və Ali Şurada müzakirə edilərək qəbul olunmasından sonra 15 iyun 1922-ci ildə fəaliyyətə başlayıb.
Səbəbləri:
26 il müddətlə dünya millətlərinə xidmət verən bu Cəmiyyət “bütün səylərə” baxmayaraq II Dünya müharibəsinin baş verməsinə maneə törədə bilmədi.
Liqanın 18 Aprel 1946-cı ildə Cenevrədə toplanan son sessiyasında iştirak edən 34 ölkə nümayəndələri yekdilliklə qərar qəbul etdilər ("Millətlər Liqası sözdə öz fəaliyyətini dayandırıb"). Daha sonra Ali Şuranın sədri norveçli Carl J.Hambro "Millətlər Liqasının ali Şurasının iyirmi birinci və sonuncu iclasını bağlı elan edirəm" deməsi ilə Cəmiyyət öz fəaliyyətini dayanırdı.
1919-cu ilin 28 aprelində ilk universal institut kimi Millətlər Liqasının təsis edilməsi sülh və təhlükəsizliyin qorunmasında effektsiz oldu. Bu ona görə baş verdi ki, aparıcı Avropa ölkələrinin rəhbər dairələri öz xalqlarının tələbi ilə məcburən belə bir institut təsis etdilər. Əslində isə onlar dünya siyasətində qərarlarına tabe olacaqları müstəqil mərkəz istəmirdilər. Millətlər Liqasının təsisçiləri arasında rəqabət bu institutun fəaliyyətinin dayandılmasında əsas kök səbəb idi. Lakin bütün uğursuzlarına baxmayaraq təşkilat bütün dünya dövlətləri üçün təcrübə oldu.
Qeyd edək ki, Millətlər Cəmiyyətin dağılmasından sonra BMT yaranmışdır.