Kolxida ovalığı (gürc. კოლხეთის დაბლობი) — Gürcüstanda, Qara dəniz sahilində ovalıq. Qərbdən şərqə təqribən 100 kilometr (62 mil) uzanır. Səthi hamar, hündürlüyü 150 metrə qədərdir. Antropogenin alluvial çöküntülərindən təşkil olunmuşdur. Qərb hissədə geniş bataqlaşmış sahələr var. Kolxida ovalığında neft-qaz təzahürləri və mineral bulaqdar (Tsxaltubo) var. İqlimi subtropikdir. Orta tempraturu yanvarda 4,5–6°C, avqustda 23–24°C-dir. İllik yağıntı 1500 mm. Çayları Rioni, İnquri və s. aiddir. Yarımbataqlıq, bataqlıq, sarı və qırmızı torpaqlar yayılmışdır. Palıd, fıstıq, bataqlıqlar arasında qızılarac meşələri var. Qurudulmuş bataqlıqların yerində əkin sahələri, bağlar və subtropik bitki plantasiyaları salınmışdır.[1]
Kolxida ovalığı | |
---|---|
Yerləşməsi | |
42°15′35″ şm. e. 42°27′11″ ş. u. | |
Ölkə | |
|