Kom dağı

Kom dağı (bolq. Ком, və ya Böyük Kom (bolq. Голям Ком) — Bolqarıstanınn qərbində, Serbiya sərhəddinə yaxın ərazidə, Balkan dağlarının qərb hissəsində yerləşən zirvə. İnzibati baxımından Bolqarıstanın Montana vilayəti ərazisində yerləşir. Zirvə 2016 m hündürlüyə malikdir və Berqovisa şəhərinin cənubundadır. Şəhərin ənənəvi rəmzi hesab edilir. Şərqdə yerləşən Orta Kom (bolq. Средин Ком) və Kiçik Kom (bolq. Малак Ком) zirvələri ilə birlikdə, şərqdən qərbə doğru uzanan otla örtülü, şərq yamacları isə qayalı bir silsiləni əmələ gətirir. Zirvədən şimala baxdıqda Berkovitsa və onun ətraf sahələrini, Montananı və 30 km aralıda yerləşən Oqosta anbarını görmək mümkündür.

Kom
Ümumi məlumatlar
Dağ silsiləsi Balkan dağları
Mütləq hündürlüyü 2016 m
Yerləşməsi
43°10′ şm. e. 23°10′ ş. u.HGYO
Ölkə  Bolqarıstan
Kom xəritədə
Kom
Kom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zirvə bolqar ədəbiyyatının patriarxı İvan Vazovu «Komedə» poemsını yazmağa ilhamlamışdır. Onun şərəfinə İvan Vazonun baralyefi qoyulmuşdur. Zirvə yaxınlığından Kom-Eminski dağ yolu keçir. Üstəlik yolsuzluq yarışlarının keçirildiyi ərazinin bir hissəsi buradan keçir.

Zirvəyə çıxmaq üçün bir neçə yol vardır: Şaldan (iki saatlıq dik qalxış), Petroxan aşırımından (3 saat 30 dəqiqəlik yol) və Komştisa, Qinsi kəndlərindən gedən yol (3 saatlıq yol).

Temştita çayı kimi, Cənubi Morava çayının bir qolu olan Nişava çayıda öz başlanğıcını Komdan götürür. Mucir dağı ilə birlikdə, Qərbi balkanın ən hündür və tanınmış zirvələrindən biridir. Hətta eyni adlı brend mineral suyu da var. Berkovitsa şəhərindəki etnoqrafik muzeylə birlikdə Bolqarıstanda 100 turistik yerdən biri sayılır. Zirvədən bir neçə dağ eniş zolağı aşağı doğru uzanır.

Kom buzlağı Antarktik yarımadasında yerləşir. Öz adını Bolqarıstanda yerləşən Kom zirvəsinin adından almışdır.

  • "Връх Ком" (Bulgarian). Берковица Туризъм. 2008-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-20.
  • Новаков, Красимир. "До връх Ком" (Bulgarian). Водач за българските планини. İstifadə tarixi: 2019-05-20.