Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir.
Balkan dağı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2376 m |
Yerləşməsi | |
42°47′03″ şm. e. 24°58′34″ ş. u.HGYO | |
Ölkə | Bolqarıstan |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi.[1]
Qədim dövrlərdə dağ silsiləsi Hem[2][3][4], Em (q.yun. Αἶμος, lat. Haemus, İordan buranı Hemus и Emus adlandırmışdır), bəzən Hemmimont (Haemimontium, İordanın əsərlərində Emimontium)[5] deyilirdi. Ovidə görə, Trakyanın mifoloji kralı Hem tanrıların cəzası olaraq bu dağlara çevrilmişdir.[6]
Ən hündür nöqtəsi Botevdir (2376 m). Bu dağda çoxlu müharibələr olmuşdur. Balkan dağları balkan yarımadasında yerləşdiyi üçün Balkan dağı adlanır.
Balkan dağlarında 4 milli park vardır.
Bu milli parklarda dağın fauna və florası qorunur. Antik dövlərdə Balkan dağları Hemus (bolqar dilində Xemus), yunanca aimos, latınca Haemus adlandırılmışdır.
balkan sıra dağları 600 km uzanaraq Tuma gölünə qədər davam edir. Sıradağ Trakya ərazisinin təbii sərhəddinin təşkil edir. Dağın bəzi hissələrinin hündürlüyünün az olması burada keçidlərin yaranmasına şərait yaratmışdır. bu keçidlərdə ən vacibi Şipka dövlət keçididir. Burada bir çox vadilər vardır. Onlardan ən məşhuru İskar vadisidir. Ən yüksək nöqtəsi 2376 m-dir. Dağ 3 hissəyə bölünür: Qərbi Balkan, Orta Balkan və Şərqi Balkan
Balkan dağlarında karst, xüsusilə də qərb hissəsində inkişaf edib. Aşağıda ən böyük və ən məşhur mağaralar göstərilib:
Burada mis, qurğuşun-sink və dəmir filizləri, kömür və qəhvəyi kömür yataqları yerləşir.