Koma

Koma və ya komatoz hal (yun. κῶμα — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət.

Koma
Komatoz hal
Komatoz hal
XBT-10 R40.2
XBT-9 780.01
XBT-9-KM 780.01
DiseasesDB 16940
MeSH D003128
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Huşun dəyişməsinə nəzarət edin

Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin.

Səbəbləri və təsnifatı

[redaktə | mənbəni redaktə et]
Sıra Mərkəzi Maddələr mübadiləsi Toksiki Kardiovaskulyar Respirator
1. Kəllə-beyin travması: kəllədaxili qanaxma (beyin qişaları arası qansızmalar: hörümçək torunabənzər qişaaltı) Qaraciyər çatmamazlığı Alkohol zəhərlənməsi Şok Hypoksiyalar (oksigen çatışmazlığı)
2. Beyinin işimiyası: beyin damarlarının tıxacları: tromboz, emboliya Uremiya Qlikol zəhərlənməsi Kardiogen şok Hiperkapniya (qanda CO2-nin miqdarının normadan çox olması)
3. lat. Status epilepticus Hiperqlikomiya, hipoqlikomiya; Qalxanabənzər vəzi çatmamazlığı: hipertireoz, hipotireoz; Böyrəküstü vəzi, Hipofiz çatmamazlığı Sedativ, hipnotik, opiat, antidepressiv, salisilat və s. preparatlarla zəhərlənmə Yuxu arteriyasının daralması Hipokapniya (qanda CO2-nin miqdarının normadan az olması)
4. Meningit, Ensefalit Hipertermiya, hipotermiya Anevrizmalar CO (dəm qazı) zəhərlənməsi


"Süni koma" ya "süni yuxu"

[redaktə | mənbəni redaktə et]

"Süni koma" təbabətdə geniş istifadə olunan termin olub[1], dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir. Bu hala uzunmüddətli ümumi narkoz kimi də baxmaq olar. Məqsəd süni tənəffüs rejimində aparılan intensiv müalicəni təmin etmək, orqanizmi mühafizə etmək, beyin qabığının faliyyətinə mənfi təsirləri azaltmaqdır. Klassik süni koma üçün adətən hipnotik propofol, sedativ dormikum (midozalam), narkotik ağrıkəsicilər sufentanil, fentanil preparatlaraından istifadə olunur. Bütün Şokların, ağır politravmaların, xüsusən kəllə-beyin tavmalarında, tənəffüs çatmamazlığı olan xəstələrin intensiv müalicəsi "süni koma" yaxud "süni yuxu" şəraitində aparılır. Pasienti klinik vəziyyət sabitləşdikdən, ürək-qan dövranı və tənəffüs sistemi nizamlandıqdan sonra "süni koma" törədən preparatların yeridilməsi dayandırılmaqla ayıltmaq mümkündür. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Buna tibbdə vegetativ hal deyilir.

Ayıq koma (vegetativ hal)

[redaktə | mənbəni redaktə et]

Ayıq koma (lat. Coma vigile) ya Apallik sindrom baş beyin yarımkürələrinin, xüsusilə beyin qabığının bu və digər səbəblərdən zədələnməsi ya funksiyasının pozulması nəticəsində vegetativ və hərəki reflekslər saxlanılmaqla mental özünüidarə aktivliyin mövcudsuzluğu ilə xarakterizə olunan vegetativ hal — dekortikasiya (vegetativ həyat).

Endokrin koma daxili sekresiya vəzilərinin bu və ya digər səbəbdən hormon sintez müvazinətinin pozulmasi (ya az ya da həddindən siyadə sintez etməsi) ilə meydana çıxır.

  • Diabetik koma (coma diabeticum) — Şəkərli diabetli xəstələrdə insulin çatışmazlığı şəkərin hüceyrə və toxumalar tərəfindən mənimsənilməməsinə səbəb olur ki, bu da öz növbəsində qanda onun miqdarının hədsiz artmasina gətirib çıxarır. Nəticə etibarilə keton hissəciklərinin artması toksiki ketoasidoza səbəb olur.
  • Hipokortikoid koması (coma hypocorticoideum) ya böyrəküstü vəzi koması (coma suprarenale)
  • Hipopituitar koma (coma hypopituitarium) ya hipofizar koma (coma hypophysiale)
  • Hipotireoid koma (coma hypothyreoideum) ya miksödematoz koma (coma myxoedematosum).

Kardiovaskulyar koma

[redaktə | mənbəni redaktə et]

Respirator koma

[redaktə | mənbəni redaktə et]
Mərhələlər Klinik mənzərə
Somnolens hər an ayılabilən yuxucul və apatik, şərti kooperativ hal
Sopor bərk qıcıq təsirindən ayılabilən uzunsürən yuxuculuq
Koma ayılabilməyən yuxuculuq, bu zaman pasient gözlər qapanmış və tam huşsuz olur
I mərhələ pasient ağrı qıcığına qarşı məqsədli reaksiya (iflic olmayan ətraflarla) verir
II mərhələ pasient ağrı qıcığına qarşı məqsədsiz ümumi hərəkətlə reaksiya verir
III mərhələ ağrı qıcığına qarşı reaksiyanın olmaması, lakin beyin kötüyü refleksleri saxlanılır
IV mərhələ ağrı qıcığına qarşı reaksiyanın olmaması eyni zamanda beyin kötüyü reflekslerinin itməsi, patoloji tənəffüsün meydana çıxması, bəbəklərin geniş və reaksiyasız olması

Ramzay (0–6) şkalası ilə qiymətləndirmə[2][3]

[redaktə | mənbəni redaktə et]
Bal Klinik mənzərə İzahat
0 ayıq, müvazinətli
1 təşvişli, həyəcanlı, qorxaq
2 ayıq, ünsiyyətli (kooperativ), Süni tənəffüsə tolerant
3 yuxucul amma, ünsiyyətli (kooperativ) (Ucadan çağırdıqda, sığalladıqda gözlərini açır)
4 Yuxulu, ünsiyyətsiz (qeyri-kooperativ) (Ucadan çağırdıqda, sığalladıqda gözlərini açmır, ancaq ağrı qıcığına çevik cavab verir)
5 Süni Koma (narkoz) (ağrı qıcığına zəif, süst reaksiya)
6 Dərin koma (ağrı qıcığına heç bir cavab reaksiza olmur.)
Göz qapaqlarının açılması Xallar Şifahi cavablandırma Xallar Hərəki cavablar Xallar
spontan 4 tam yönümlü 5 ancaq müraciət olunduqda 6
müraciət olunduqda 3 qeyri tam yönümlü 4 ağrıya qarşı məqsədli 5
ancaq ağrıya qarşı 2 qeyri adekvat 3 ağrıya qarşı məqsədsiz 4
mənfi 1 anlaşılmaz 2 bükücü mexanizm 3
1 açıcı mexanizm 2
mənfi 1

Qiymətləndirilməsi:

[redaktə | mənbəni redaktə et]

< 4 xal = 85% dəyişkən vegetativ status

< 8 xal = ağır beyin funksional pozğunluq

> 11 xal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

  • Anästhesiologisches Notizbuch Klaus Hoffmann, Clemens Sirtl, Franz Jesch 5. Auflage, 38.1, ISBN 3-926035-52-8  (alm.)
  1. U. Herrmann: Zum Begriff "künstliches Koma": Nur im Tiefschlaf Arxivləşdirilib 2010-08-09 at the Wayback Machine taz, 16. Januar 2009  (alm.)
  2. Analgesie, Sedierung und Delirmanagement in der Intensivmedizin Arxivləşdirilib 2022-08-01 at the Wayback Machine (alm.)
  3. H.-W. Striebel: Analgosedierung beim (beatmeten) Intensivpatienten. Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine in: H.-W. Striebel: Operative Intensivmedizin. Schattauer; 2007. ISBN 978-3-7945-2480-8  (alm.)