Komarov hafı (lat. Rethera komarovi) — pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nadir növdür.
Komarov hafı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: ???: Komarov hafı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açıq halda 70-75 mm-dir. Ön qanadları yaşıl olub, üzərindən krem rəngli köndələn xətt keçir, kənarı zeytuni-yaşılıdır. Arxa qanadları sarı, kənarı qonurdur.[1]
Kiçik Asiya, Türkiyə, Şimali İran, Əfqanıstan, Türkmənistan, Cənubi Qafqaz, Azərbaycanda isə Araz çayı vadisi, Talış (Zuvand Dövlət Təbiət Yasaqlığı), Şamaxı (Pirqulu).[2]
Friqanoid bitki olan traqakantın yayıldığı quru dağ çölləri kəpənəyin yaşayış sahələridir. Kəpənəklər mayın sonu – iyunun əvvəllərində uçur, ildə bir nəsil verir. Gündüzlər sığınacaqlarda gizlənir. Gecələr isə fəaldır, xüsusilə gecə yarısından sonra. Tırtılları iyulda və avqustun əvvəlində gecələr südləyən bitkisinin yerli növləri ilə qidalanır, gündüzlər daş və kəsək altında gizlənir. Torpaq içərisində puplaşır və qışı orda keçirir.[3]
Lokal, azsaylı növdür. R.Əffəndi tərəfindən 4 kəpənəyi qeydə alınmışdır.
Kənəklərin yayıldığı ərazilərdə torpağın əkin və otlaq sahələrinə çevrilməsi, ot örtüyünün biçilməsi.
Azərbaycan Qırmızı Kitabının I nəşrinə daxil edilmişdir.
Kəpənəyin yayıldığı ərazilərə monitorinqlərin təşkili. Bu ərazilərdə yasaqlıqların təşkili. Kəpənəyin süni surətdə artırılaraq təbiətə buraxılması. Kolleksiyaçılar tərəfindən tutulmasının qarşısının alınması.