Nauru (ing. Nauru) — Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada. Sahəsi 21,3 km² təşkil edir. Əhalisinin sayı 13 528 nəfərdir, o cümlədən 6763 nəf. kişi, 6765 nəf qadın[1]. Nauru adası nadir atoll tipi olan qalxmış atolldur. Adanın daxilində azca duzlu şirinsulu göl vardır (Buada gölü). Göl əvvəllər bir laqun olmuşdur. Şimalında isə Anabar gölü yerləşir. Ada Ekvatordan 42 km cənubda yerləşir. Ona ən yaxın quru parçası Banada adasıdır. Banada 306 km şərqdədir və Kiribatiyə məxsusdur. Nauru 1968-cü ildə müstəqilliyini elan etmişdir. Hazırda dünyanın ən kiçik müstəqil respublikasıdır.
Nauru adası | |
---|---|
ing. Nauru | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 21,3 km² |
Hündür nöqtəsi | 65 m |
Əhalisi | 9.591 nəfər (2012-ci il) |
Yerləşməsi | |
0°31′52″ c. e. 166°56′24″ ş. u.HGYO | |
Ölkə | Nauru |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |