Kommunist (qəzet, 1920)

"Kommunist" qəzeti (erm. Կոմունիստ) — Azərbaycan SSR-də nəşr olunan erməni dilində ictimai-siyasi qəzet, Azərbaycan Kommunist Partiyası MK-nın (1963-cü ilin martınadək AKP MK və Bakı Komitəsinin, 1963-cü ilin martından AKP MK-nın, Azərbaycan SSR Ali SovetiNazirlər Sovetinin) orqanı. Zaqafqaziyada erməni dilində çıxan ilk sovet partiya qəzeti.[1]

Kommunist
erm. Կոմունիստ
Yaranma tarixi 18 may 1920
Dil erməni dili
Nəşrini dayandırıb 1989
Baş ofis Bakı, Azərbaycan SSR
Ölkə Azərbaycan SSR, SSRİ
Tiraj 42000 (1981 tarixinə görə)

Qəzetin ilk nömrəsi 1920-ci il mayın 18-də Bakıda çıxmışdır. 1970-ci illərdə həftədə 6 dəfə, 40000 tirajla, 1981-ci ildə 42000 tirajla nəşr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəzetin nəşri dayandırılmışdır.

Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir (1970).[1]

  1. 1 2 Коммунист (ермәни дилиндә) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 465–466.