Kompüter dilçiliyi

Kompüter dilçiliyi (həmçinin: riyazi və hesablama dilçiliyi, ing. computational linguistics) – riyazi modellərdən istifadə edərək təbii dillərin təsviri ilə məşğul olan kompüter texnologiyalarından istifadəyə yönəlmiş tətbiqi dilçilik istiqamətidir. Kompüter dilçiliyi təbii dillərin emalı ilə üst-üstə düşən bir sahədir. Burada diqqət mücərrəd modellərə deyil, kompüter sistemləri üçün dilin təsviri və işlənməsinin tətbiqi üsullarına yönəldilir. Kompüter dilçilərinin fəaliyyət sahəsi linqvistik məlumatların emalı üçün alqoritmlərin və tətbiqi proqramların işlənib hazırlanmasıdır.

Riyazi dilçilik süni intellekt elminin bir qoludur. Kompüter dilçiliyi yeni bir elm sahəsi kimi XX əsrin 60-cı illərində formalaşmağa başlamışdır. Rus dilində işlənən "Компьютерная лингвистика" ingilis dilindəki "computational linguistcs" termininin kalka olunmuş variantıdır. Əslində, "computational" termini rus dilində "вычислительный" termini kimi tərcümə olunur. Ona görə də, bəzən "hesablama dilçiliyi" termini kimi də işlənir. "Hesablama dilçiliyi" anlayışı daha çox "kvantativ dilçilik" termini ilə sinonim kimi işlənir. ABŞ-də "Kompüter dilçiliyi" rüblük jurnalı çap olunur. "Kompüter dilçiliyi" assosiasiyasının bir çox Avropa ölkələrində regional qurumları fəaliyyət göstərir. Hər iki ildən bir kompüter dilçiliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans (COLİNG) keçirilir. Süni intellekt məsələləri ilə bağlı keçirilən konfranslarda da kompüter dilçiliyi geniş təmsil olunur. Kompüter dilçiliyini tətbiqi dilçiliyin başqa sahələrinədn fərqləndirən əsas cəhət dil materiallarının kompüterdə işlənməsidir. Müstəqil elm sahəsi kimi formalaşan kompüter dilçiliyində bir çox yeni anlayış və terminlərdən istifadə olunur. Həmin termin və anlayışların əksəriyyəti süni intellekt sistemlərində və koqnitiv dilçilikdə işlənir. Belə terminlərə "freym", "ssenari", "plan" və s. misal göstərmək olar. Kompüter dilçiliyi koqnitiv dilçiliklə sıx əlaqəlidir. Koqnitiv dilçilikdə dünya modeli qurulur və onun kompüter analoqu yaradılır. Dünya modeli süni intellekt sistemlərində xüsusi blok təşkil edir və dünya haqqında ümumi biliklər sistemini formalaşdırır. Belə kompüter modellərinin linqvistik aspekti kompüter dilçiliyinin də obyekti hesab olunur.[1]

  • Təbii dillərin emalı (ing. natural language processing). Mətnin işlənməsi və təhlili səviyyələri: sintaktik, morfoloji, semantik.

Kompüter dilçiliyinin vəzifələri və sahələrinə aşağıdakılar daxildir:

  1. Korpus dilçiliyi, elektron mətn korpusunun yaradılması və istifadəsi.
  2. Elektron lüğətlərin, tezaurusların,
  3. ontologiyaların yaradılması. Məsələn, Lingvo. Lüğətlər, məsələn, avtomatik tərcümə və orfoqrafiya yoxlaması üçün istifadə olunur.
  4. Mətnlərin avtomatik tərcüməsi. Promt rus tərcüməçiləri arasında məşhurdur. Ödənişsiz olanlardan biri Google Translate-dir.
  5. Mətndən faktların avtomatik çıxarılması (məlumatın çıxarılması) (ing. fact extraction, text mining)
  6. Avtoreferatlaşma (ing. automatic text summarization). Bu xüsusiyyət, məsələn, Microsoft Word proqramında mövcuddur.
  7. Biliklərin idarəetmə sistemlərinin qurulması. Ekspert Sistemləri.
  8. Sual-cavab sistemlərinin yaradılması. (ing. question answering systems).
  1. Nitqin avtomatik sintezi.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]

Tətbiqi dilçilik

  1. Kompüter Dilçiliyi Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine. Məsud Mahmudov. Bakı, "Elm və təhsil", 2013, 356 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]