Konça Buyka (isp. Concha Buika, 11 may 1972, Palma-de-Malyorka[1]) — ispan müğənnisi, yaradıcılığı flamenko, caz, soul, tanqo, rumba kimin müxtəlif janrları əhatə edən ən parlaq və orijinal ifaçılardan biridir. Onun “Niña de Fuego” albomu 2008-ci ildə İlin Ən Yaxşı Alvomu nominasiyasında Latın Qremmi Mükafatını qazanmış, “La Noche Mas Larga” albomu isə 56-cı Qremmi Mükafatlarının təqdim edilməsi məqasimində Ən Yaxşı Latın Caz Albomu nominasiyasında mükafata namizəd göstərilmişdir. Pedro Almodovarın İçində yaşadığım dəri filmində ifa edilmiş iki mahnının müəllifi və ifaçısıdır.
Konça Buyka | |
---|---|
Concha Buika | |
Ümumi məlumatlar | |
Doğum adı | María Concepción Balboa Buika |
Ləqəbi | Buika |
Doğum tarixi | 11 may 1972 (52 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2000-bu günə kimi |
Janrlar | flamenko, kopla, caz, soul |
Albom şirkəti | Warner Music Group |
Vikianbarda əlaqəli mediafayllar |
Konça Buyka 11 may 1972-ci ildə İspaniyanın Balear adalarının paytaxtı olan Palma şəhərində dünyaya gəlmişdir. O, yazıçı Xuan Balboa və Honorina Buykanın övladıdır və valideynləri hazırda Mayami, Florida, ABŞ-da yaşayır. Buyka şair, bəstəkar, musiqi prodüseri olmaqla yanaşı, “analıq” vəzifəsini də yerinə yetirir.
O, ispan, katalan, ingilis, fransız və portuqal musiqiçiləri ilə iş birliyində olub. Onun əməkdaşlıq elədiyi şəxslər arasında Anuşka Şankar, Çik Korea, Nina Jozel, Mariza, Bebo Çuço Valdes, Luz Kasal, İvan Lyuis, Daniel Murihed, Cus Lui Perales, Seal, Armando Manzanero, Nelli Furtado və Xavier Limon kimi musiqiçilər var.
Buyka bir neçə filmin musiqisini ifa etmişdir. 2011-ci ildə rejissor Pedro Almodovar Buykanın iki mahnısını özünün "İçində yaşadığım dəri" filmində istifadə etmişdir. Buikanın "Por el amor de amar" (Sevgi naminə) və "Se me hizo facil" (Onu asan tapdım) mahnıları ilk dəfə böyük ekrana çıxarılmışdı.
Buyka iyirmi iki ölkə konsert verib. 2010-cu ildə Fransa, Türkiyə, Argentina və Meksika da daxil olmaqla 95 konserti olub.
2000-ci ildə fortepianonun müşayəti ilə Mestizuo (2000, Producciones Blau S.L.) adlı albomunun təqdim edilməsi ilə Buyka peşəkar yaradıcılığına başlamışdır. Bunun ardınca Buika (2005, DRO), daha sonra isə Xavier Limonun prodüserliyi ilə üç albom - Mi niña Lola (Balaca qızım Lola - 2006, DRO), Niña de Fuego (Yanan qız - 2008, Warner) və El ultimo Trago (Son içki - 2009, Warner) təqdim edilmişdir.
2010-cu ildə Elis Vinkler tərəfindən NPR üçün yazılmış məqalədə Buyka 50 ən yaxşı vokalist siyahısında göstərilmişdi. Məqalədə, müğənni “azadlığın səsi” adandırılır.[2]
2013-cü ildə təqdim edilmiş yeni albomu Buykanın yaradıcılığında yeni mərhələ açmışdır. Prodüserliyi müğənninin özü tərəfindən edilmiş “La Noche Mas Larga” albomu 2013-cü ildə Nyu-York və Madriddə yazılmışdır.[3][4] Alboma müğənninn özü tərəfindən yazılmış beş mahnı ilə yanaşı "La Nave del Olvido", "Don't Explain", "Ne Me Quitte Pas" və "Siboney" kimi klassik felamenqo mahnıları da daxildir.
Buykanın albomları aşağıdakı mükafatlara layiq görülmüşdür:
Buykanın albom və mahnıları aşağıdakı nominasiyaları almışdır: