Kondo Cuzo (近藤重蔵?, 1771, Komaqome[d], Toşima – 16 iyul 1829, Omizo[d], Şiqa) və ya doğum adı ilə Kondo Miroşiqe (近藤守重?) – Yaponiya səyyahı və tədqiqatçısı. Tokuqava şoqunluğunun qulluqçusu olmuşdur. Yaponiyanın ən şimal torpaqları olan Ezo adasını və Kuril arxipelağını tədqiq etmişdir. Əsərlərində Sensay (正斎?) təxəllüsündən istifadə etmişdir.[1]
Kondo Cuzo | |
---|---|
yap. 近藤 重蔵 | |
Doğum tarixi | 1771 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyul 1829 |
Vəfat yeri | |
Uşağı |
|
Fəaliyyəti | müəllif, tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Kondo 1771-ci ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Şoqunluqda bir sıra kiçik vəzifələr tutduqdan sonra 1798-ci ildə bir neçə məmurla birlikdə Ezo adasını kəşf və tədqiq etməyə göndərilmişdir. O, dörd dəfə Ezoya və Kuril adalarına səfər etmiş, səfərlərinin birində Rusiyanın Kuril arxipelağına daxil olan İturup adası ilə bağlı ərazi payı iddiasına qarşı gələrək adanı Yaponiya torpağı elan etmiş,[1] adadakı bir neçə rus sakinini əsir götürmüşdür.[2] O, səfərləri zamanı yerli tacir Takataya Kaheyin köməkliyindən yararlanmışdır.[1]
Kondo şoqunluğa "Henyo bunkay zuko" adlı memorialını və tərtib etdiyi Ezo xəritəsini göndərmiş, Ezonun kolonizasiyasının və ruslardan müdafiəsinin vacibliyini vurğulamışdır. Kuril adalarında yaşayan aynuların yaponlaşdırılmasında iştirak etmişdir.[3] 1808-ci ildə şoqunluğun sənədlər üzrə müvəkkili elan olunmuşdur. Coğrafiya və milli müdafiə mövzularında yazmaqla yanaşı, şoqunluğun xarici əlaqələr üzrə sənədlər toplusu olan "Qayban tsuşo"nu və şoqunluq hüquqları toplusu olan "Kenkyo ruiten"i redaktə etmişdir.[1]
Kondō Morishige was sent to Iturup, and he took several Russian settlers there as prisoners