Konfederasiya dövrü (ing. Confederation period) — ABŞ İstiqlal müharibəsindən sonra və ABŞ Konstitusiyasının ratifikasiyasından əvvəl 1780-ci illərdə ABŞ tarixinin dövrü. ABŞ 1781-ci ildə Konfederasiya məqalələrini ratifikasiya etmiş və ABŞ İstiqlal müharibəsində ingilis və amerikan qüvvələri arasındakı sonuncu döyüş olan Yorktaunun mühasirəsində qalib gəlmişdi. ABŞ-nin müstəqilliyi 1783-cü ildə imzalanan Paris sülh müqaviləsi ilə rəsmiləşdi. Yeni qurulmuş ABŞ mərkəzi hökumətin və vahid siyasi mədəniyyətin olmaması daxil bir sıra problemlərlə qarşılaşdı. Bu dövr 1789-cu ildə yeni federal hökumət quran ABŞ Konstitusiyasının ratifikasiyasından sonra başa çatdı.
Konfederasiya dövrü |
---|
|
|
Məkan | ABŞ |
---|
Xronologiya
|