Konq adası

Konq adası (khm. កោះកុង) — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada. Ada Kamboca sahillərindən 54 km araləda yerləşir. İnzibati cəhətdən Kox Konq vilayəti ərazisinə daxildir. Kambocanın ən böyük adasıdır. Şimaldan cənuba 19,5 km, şərqdən qərbə 5–6 km məsasfədə uzanır. Adanın sahəsi 100 km², sahil xətdinin uzunluğu isə 53 km-dir. Adanın rəsmi saytında deyilir ki, Konq adası Honkonq böyüklükdə ərazini əhatə etsədə əhalisi bir böyük məktəb sinfinin şagirdlərinin sayından çox deyil[1]. Ada bütünlüklə meşə ilə örtülüdür. Maksimal hündürlüyü 420 metrdir. Ada materikdən 400 metr aralıda yerləşir. Adada yerləşən zirvədən onlarla çay başlayır. Onlardan birinin uzunluğu 3,8 km-dir. 1997-ci il məlumatına görə adada ağac emal edili[2]. Hazırda adada kiçik turizm obyekti vardır[3]. Adanın ətraf sularında adi aybalığı, barrakuda kimi balıq növləərini müşahidə etmək mümkündür[4].

Konq adası
khm. កោះកុង
Ümumi məlumatlar
Sahəsi 100 km²
Uzunluğu
  • 20 km
Sahil uzunluğu 53 km
Hündür nöqtəsi 421 m
Yerləşməsi
11°20′00″ şm. e. 103°00′30″ ş. u.HGYO
Ölkə  Kamboca
Akvatoriya
Konq adası xəritədə
Konq adası
Konq adası