Khmer dili (khm. ភាសាខ្មែរ) [pʰiːəsaː kʰmaːe]) — khmerlərin dili. Mon-khmer dilləri qrupuna aiddir. Bu dildə təxminən 4,5 milyon adam danışır (1979). Səs tərkibi saitlərlə zəngindir. Köksözlü dillərdəndir. İki əsas dialekt qrupu (şimal-qərbi və cənub-şərqi) var. Ədəbi dil Pnompen dialektinə əsaslanır. Leksikasında sanskrit, pali və fransız dillərindən keçmə sözlər çoxdur. Yazısı pali dilindən götürülmüşdür. Khmer dilində ilk kitabələr 7 əsrin əvvəlinə aiddir.[6] Kambocanın əsas dili, Asiyanın ən iri dilllərindən biri. Khmer dili khmer əlifbasından istifadə edir.
Khmer dili | |
---|---|
Orijinal adı |
ភាសាខ្មែរ ខ្មែរ ខ្មែរ[1] |
Ölkələr | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | Khmer yazısı |
Dil kodları | |
ISO 639-1 | km |
ISO 639-2 | khm |
ISO 639-3 | khm |
Dilin strukturlarının dünya atlası | khm |
Ethnologue | khm |
ABS ASCL | 6301 |
IETF | km |
Glottolog | khme1253, cent1989 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |