Konservaçan olduğunu fərz et

Konservaçan olduğunu fərz et (ing. assume a can opener) – nəticələrini əsassız və ya həddən artıq sadələşdirilmiş fərziyyələrə əsaslandıran iqtisadçıları və digər nəzəriyyəçiləri ələ salmaq üçün istifadə olunan ifadə.[1][2]

İfadənin ilk dəfə 1970-ci ildə Britaniya iqtisadçıları tərəfindən işlədildiyi güman olunur.[3] İfadənin işləndiyi ilk kitab Kennet Bouldinq tərəfindən yazılmış "İqtisadiyyat elm kimi" (1970) kitabı olmuşdur:[4]

" Bir hekayədə deyilir ki, bir fizik, bir kimyaçı və bir iqtisadçı alətin olmadığı kimsəsiz adaya düşürlər. Onların ancaq bir konserv yeməkləri var. Fizik və kimyaçı konservi açmaq üçün elmi metodlar fikirləşirlər. İqtisadçı isə sadəcə deyir: "Fərz edək ki, bizim konservaçanımız var!" "

İfadə 1981-ci ildə nəşr olunmuş bir kitabdan sonra populyarlaşmış və iqtisadi mövzularda yazan bir çox şəxs tərəfindən istifadə olunmuşdur.[5][6]

Zarafat və onun tətbiqi 1981-ci ildə Corc Qudman tərəfindən yazılmış "Kağız pul" kitabından sonra məşhurlaşmışdır.[7] O, inflyasiyanın başa çatacağını fərz edən iqtisadçıları ələ salmaq üçün bu zarafatdan bəhs etmiş,[8] "konservaçan olduğunu fərz et" ifadəsinin həmin iqtisadçıların deduktiv məntiqinə qarşı ittiham kimi təqdim etmişdir.[9]

ABŞ prezidenti Ronald Reyqan bu zarafatı 9 aprel 1987-ci ildə Perdyu Universitetinin tələbələrinə danışmışdır: "Bir gün bir iqtisadçı, bir kimyaçı və bir mühəndis kimsəsiz adaya düşürlər. Onların ancaq bir lobya konservi olsa da, konservaçan yox idi. Mühəndis palma ağacına çıxmağı, dəqiq məsafədən və dəqiq bucaqdan konservi ataraq onu açmağı təklif edir. Kimyaçı razılaşmır və konservi günəşin altında qoymağı təklif edir. Konservdəki lobyalar o qədər şişəcək ki, konserv özündən açılacaq. İqtisadçı isə iki təklifi də məntiqsiz adlandırır və deyir ki, iki metodda da biz çox lobya itirəcəyik, lakin mənim planım üzrə getsək heç bir lobya itirməyəcəyik. Mühəndis və kimyaçı razılaşaraq onun planını soruşurlar. İqtisadçı isə cavab verir: Fərz edək ki, bizim konservaçanımız var".[10]

İtaliyanın maliyyə naziri Tommazo Padoa-Skoppa 2006-cı ildə siyasətdən uzaqlaşmış iqtisadçıları təsvir edərkən bu ifadəni işlətmişdir.[11] Avstraliyada "reallıqdan uzaqlamış xəzinədar"ı təsvir etmək üçün bu ifadə istifadə olunmuşdur.[12]

  1. Mankiw, N. Gregory. Macroeconomics (7th). New York: Worth Publishers. 2010. 238–239. ISBN 978-1-4292-1887-0.
  2. Kaletsky, Anatole. 11 "There is no can opener" // Capitalism 4.0: The Birth of a New Economy in the Aftermath of Crisis. New York: Public Affairs, a member of the Perseus Books Group. 2010. səh. 156. ISBN 978-1-58648-871-0.
  3. Popik, Barry. "'Assume you have a can opener' (economics joke about opening a food can)". The Big Apple. December 5, 2010. August 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2024.
  4. Kenneth E. Boulding: Economics as a Science. McGraw-Hill, 1970, p. 101
  5. Drum, Kevin. "First, Assume a Can Opener..." Mother Jones. August 18, 2010. September 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2024.
  6. "Monetary policy: First, assume a can-opener". The Economist. November 28, 2012. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2024.
  7. Silk, Leonard. "Bullish about the system". The New York Times. March 22, 1981. June 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2024.
  8. "Straight talk given on economic mess". Daily Times. March 28, 1981. August 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2024.
  9. Silk, Leonard. "Bullish about the system". The New York Times. March 22, 1981. June 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2024.
  10. "Remarks to Students and Faculty at Purdue University in West Lafayette, Indiana". 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-16.
  11. Norris, Floyd. "High and low finance: Temptations of a minister of finance". The New York Times. November 24, 2006. August 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2024.
  12. McCrann, Terry; Herald-Sun. "Swan's speech a laugh a minute". Herald Sun. June 8, 2011. İstifadə tarixi: 16 mart 2024.