Konstantin Borisoqlebski

Konstantin Arkadyeviç Borisoqlebskiy (rus. Борисоглебский Константин Аркадьевич) — memar, mülki-mühəndis, 1909-1913-cü illərdə Bakı şəhərinin baş memarı olmuşdur.[1]

Konstantin Borisoqlebskiy
rus. Борисоглебский Константин Аркадьевич
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Moskva
Vəfat yeri Bakı
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı, Almatı, Kursk
Əsas tikililəri Yüksəliş kafedralı
Bakıda 4 nömrəli poliklinikanın binası
Xəzər Dəniz Gəmiçiliyi QSC binası

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Konstantin Borisoqlebskiy 1869-cu ildə Moskva quberniyasında, zadəgan ailəsində[2] anadan olmuşdur. Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsilini bitirdikdən sonra, xidmət üçün Astraxana göndərilmişdir. Daha sonra fəaliyyətini Yeddisu vilayətində davam etdirən Borisoqlebskiy, burada Qazaxıstanın ilk metal körpüsünü (1898) inşa edir.[3] 1896-1902-ci illərdə Yeddisu vilayətinin inşaat idarəsinin memarı kimi çalışır. Həmin müddətdə çoxlu sayda layihələrə imza atmasına baxmayaraq, onun yaradıcılığınn həmin dövrünün əsas işi kimi Almatı şəhərində layihələndirdiyi Yüksəliş kafedralı göstərilir.[2] Konstantin Borisoqlebskiynin memarlığı və Andrey Zenkovun mühəndisliyi[2] ilə inşa edilmiş kafedralın açılışı 1907-ci ildə baş tutur.

1902-ci ildə layihəsinin həyata keçirilməsini görmədən memar Yeddisu vilayətini həmişəlik tərk etməli olur.[2] 1910-cu ildə Bakıya gələn Borisoqlebskiy şəhər memarı vəzifəsinə təyin edilir.[4] Memarın yaradıcılığının Bakı dövrü iki monumental bina ilə yadda qalır ki, bunlar da Onginskaya 5 (hazırda Məhəmməd Əmin Rəsulzadə) küçəsindəki Olginskaya sıralarının binası (1910-1912) (hazırda Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin binası) və Balxanskaya 61 (hazırda Füzuli küçəsi) və Krasnovodskaya (Səməd Vurğun küçəsi) küçələrinin kəsişməsində yerləşən Kişi gimnaziyası (1911-1913) (hazırda 4 nömrəli şəhər xəstəxanasının binası) binasıdır.[2][4]

  1. Надеждина, Татьяна. "Архитекторы Азербайджана 19 и начала 20-го века". proza.ru. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  2. 1 2 3 4 5 "Борисоглебский Константин Аркадьевич - городской архитектор". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  3. "БОРИСОГЛЕБСКИЙ, Константин Аркадьевич". mke.su. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
  4. 1 2 "Константин Борисоглебский". polonia-baku.org. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.