Yüksəliş kafedralı (rus. Вознесенский собор, qaz. Вознесенск кафедралы шіркеуі) və ya Zenkov kafedralı ― Qazaxıstanın Almatı şəhərindəki Panfilov parkında yerləşən bir Rus Pravoslav kafedralı. 1907-ci ildə tamamlanan kafedral mismardan istifadə edilmədən taxtadan düzəldilmişdir. Hündürlüyü 56 metrdir və dünyanın ən yüksək ikinci taxta tikilisi olduğu iddia edilir.[1][2] Tikili Qazaxıstanın Respublika Əhəmiyyətli Tarix və Mədəniyyət abidələri siyahısına daxildir.
Pravoslavlıq | |
Yüksəliş kafedralı | |
---|---|
Yerləşməsi | |
Ölkə | |
Şəhər | Almatı |
Memarlıq | |
İnşa tarixi | 1904 – 1907 |
Üslubu | Memarlıqda eklektizm |
Materialı | ağac |
|
|
Saytı | |
cathedral.orthodox.kz | |
Vikianbarda əlaqəli mediafayllar |
19-cu əsrin sonlarında Türkistan yeparxiyasının ilk yepiskopları Almatıda Rus Pravoslav kilsəsinə ehtiyac olduğunu müzakirə etdilər. 26 sentyabr 1903-cü ildə Türkistan və Daşkənd yepiskopu Paisii (Vinoqradov) kilsənin təməlini təqdis etdi.
1904–1907-ci illərdə mühəndis Andrey Zenkov[3] başçılığı ilə memar Konstantin Borisoqlebski[4] tərəfindən dizayn edilmiş layihə əsasında inşaata başlanıldı.
Kafedral heç bir mismar olmadan tikilsə də, 1911-ci ildə baş verən zəlzələdən minimal ziyanla xilas oldu və bu, bəzi yepiskoplar tərəfindən ilahi müdaxilə ilə əlaqələndirdi.[5]
Kafedralın daxili interyeri Moskva və Kiyevdəki sənət emalatxanalarında hazırlanmışdır. Məbəd 1927-ci ilə qədər təyinatı üzrə istifadə edilmişdir.[6] Rus inqilabından sonra kafedral Qazaxıstan Sovet Sosialist Respublikasının Mərkəzi Dövlət Muzeyi kimi fəaliyyət göstərirdi. Tikili daha sonra, 1930–1940-cı illərdə görkəmli ictimai təşkilatlar tərəfindən istifadə edilmişdir. Almatıdakı ilk radio ötürücülər kafedralın zirvəsində yerləşdirilmişdi.[5]
1973-cü ildə kafedralda bərpa işləri başladı və 1976-cı ilə qədər davam etdi. 1995-ci ilin may ayında kafedralın nəzarəti Rus Pravoslav kilsəsinə qaytarıldı. 1997-ci ildə tikilidə aparılan əlavə bərpa işlərindən sonra kafedral dini ibadətlər üçün yenidən açıldı.[7]
2017-ci ilin iyul ayından bəri kafedralda genişmiqyaslı yenidənqurma işləri aparılmış[8] və 28 oktyabr 2020-ci ildə başa çatmışdır.[9]
Qazaxıstan Milli Bankı 2 iyun 2007-ci il tarixində 925 əyar gümüşdən hazırlanmış 500 təngə nominalındakı "Kafedral" sikkəsi buraxdı. Sikkənin ön tərəfində Qazaxıstanın gerbi və ətrafı nöqtələr ilə ayrılmış "500 ТЕҢГЕ", qazaxca "ҚАЗАҚСТАН РЕСПУБЛИКАСЫ" və rus dilində "РЕСПУБЛИКА КАЗАХСТАН" yazıları təsvir edilmişdir. Arxa üzün mərkəzində Yüksəliş kafedralının şəkli, yuxarı hissədə "КАФЕДРАЛЫҚ ШІРКЕУ" və "КАФЕДРАЛЬНЫЙ СОБОР" yazıları, solda Qazaxıstan zərbxanasının ticarət nişanı boyunca "АЛМАТЫ 2007", alt hisələrdə isə- "Ag 925 31,1 gr." yazısı qeyd olunmuşdur.[10]