Konstantin Mixaylov Aleksandroviç ― texnika elmləri üzrə elmlər doktoru (1944), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü.[1]
Konstantin Mixaylov | |
---|---|
Konstantin Mixaylov Aleksandroviç | |
Doğum tarixi | |
Doğum yeri | Özbəkistan, Fərqanə |
Vəfat tarixi | |
Təhsili | Orta Asiya Universiteti |
Tanınır | alim |
Üzvlüyü | Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü |
Konstantin Mixaylov 20 noyabr 1895-ci ildə Skobelev (indiki Fərqanə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. Oğlanlar gimnaziyasını Gümüş medalla bitirdikdən sonra ali təhsilini Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində almış, 1925-ci ilin yanvar ayında həmin fakültəni bitirmişdir. 20 oktyabr 1935-ci il tarixində SSRİ Ali Attestasiya Komisiyasının qərarı ilə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Hidravlika kafedrasının professoru təyin olunmuşdur.
Konstantin Mixaylov 26 avqust 1944-cü ildə AAK-nın qərarı ilə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri üzrə elmlər doktoru dərəcəsini almışdır. 18 iyun 1949-cu ildə AAK-nın qərarı əsasında Moskva Avtonəqliyyat İnstitutunun Hidravlika kafedrasında professor vəzifəsinə təyin edilmişdir. 1925-1927-ci illərdə Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində assistent, 1928-1930-cu illərdə Tiflis Politexnik İnstitutunda fakültə rəhbəri və müəllim kimi fəaliyyət göstərmişdir. 1930-1931-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun professoru kimi çalışmış, həmçinin Hidrotexnika sektorunun müdiri olmuşdur. 1929-1934-cü illərdə Zaqafqaziya Elmi Tədqiqat İnstitutunda direktor, daha sonra direktor müavini olmuş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsini tutmuş, 1934-1937-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Elmi Tədqiqat Sektorunun müdiri olmuşdur. Konstantin Mixaylov 20 sentyabr 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və vitse-prezidenti təyin edilmişdir.
Alim tərəfindən ilk dəfə olaraq 1928-ci ildə hidravlika üzrə xüsusi "Hidravlik və hidrotexniki hesablamalar əsasında irriqasiya qurğularının layihələndirilməsi" kursu tərtib olunmuş və ali təhsil ocaqlarında tətbiq edilmişdir. K.A.Mixaylov tərəfindən həmçinin qruntun kritik durumu nəzərə alınaraq qrunt axınlarının hesablanması metodu tərtib olunmuşdur.
Zaqafqaziya Elmi Tədqiqat İnstitutunun yaradılmasında və fəaliyyətində alimin böyük xidmətləri olmuşdur. 1930-cu ildə həmin institut [Gəncə] şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İrriqasiya fakültəsinə çevrilmişdir. K.A.Mixaylov 1932-1935-ci illərdə torpaq layihələri üzrə texniki şuranın üzvü seçilmiş, 1930-1950-ci illərdə həmçinin bir çox dövlət layihələrində, o cümlədən Moskva kanalı, bir sıra hidrostansiyaların qurulması və s. layihələrdə ekspert təyin edilmişdir.
Akademik Konstantin Mixaylov 1953-cü ildə vəfat etmişdir.