Konstantinopol qətliamı (1821)

1821-ci il Konstantinopol qətliamıOsmanlı imperiyasının səlahiyyətliləri tərəfindən Yunanıstan İstiqlaliyyət müharibəsinin (1821–1830) başlanmasına cavab olaraq Konstantinopolun yunan icmasına qarşı təşkil edilmiş qətliam. Yunan qiyamının ilk xəbəri Osmanlı paytaxtına çatan kimi kütləvi edamlar, poqrom tipli hücumlar,[1] kilsələrin dağıdılması, şəhərin yunan əhalisinin əmlakının talan edilməsi halları baş tutmuşdur.[2][3] Hadisələr Ümumdünya Patriarx V Qriqorinin asılması və böyük draqoman Konstantinos Muruzisin başının kəsilməsi ilə yekunlaşmışdır.

Konstantinopol qətliamı
Ümumi məlumatlar
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qətliamlar mərkəzi Yunanıstanın cənubunda olan Yunanıstan İstiqlaliyyət müharibəsinin başlanmasına reaksiya olaraq Osmanlı hakimiyyət orqanları tərəfindən həyata keçirilmişdir. Bu hadisələrin qurbanlarının inqilabla heç bir əlaqəsi yox idi, lakin Osmanlı hakimiyyəti tərəfindən öldürülən əhalinin burada hər hansı bir iştirakının olduğunu sübut etmək üçün ciddi araşdırmalar aparılmamışdı.[4]

Patriarxın edam edilməsinə reaksiya olaraq BritaniyaRusiya səfirləri Osmanlı imperiyasına sərt etiraz etmişdilər.[5] Xüsusilə Rusiya səfiri Baron Stroqanov pravoslav xristianlara qarşı bu cür rəftara etiraz etmiş, onun etirazı isə patriarxın ölümündən sonra pik həddə çatmışdır.[6] 1821-ci ilin iyulunda Stroqanov elan etmişdir ki, yunanlara qarşı qətliam davam edərsə, bu, Osmanlı sultanı tərəfindən bütün xristian dövlətlərinə qarşı müharibə aktı hesab ediləcək.[7] Avropa ölkələrində, xüsusən də Rusiyada ictimai rəy də təsirlənmişdir.[8]

  1. Moltke, Helmuth. Unter dem Halbmond: Erlebnisse in der alten Türkei 1835-1839. Thienemann Edition Erdmann. 1984. səh. 17. ISBN 9783522603102. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
  2. Seewald, Berthold. Karl Wilhelm v. Heideck: ein bayerischer General im befreiten Griechenland (1826-1835). Oldenbourg Verlag. 1994. səh. 40. ISBN 9783486560589.[daimi ölü keçid]
  3. Kluge, Alexander. Tur an Tur mit einem anderen Leben. Suhrkamp. 2006. səh. 321. ISBN 9783518418239. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
  4. Clair, 2008: 4
  5. Frazee, 1969: 32
  6. Frazee, 1969: 36
  7. Webster, Daniel. Great speeches. Teddington, U.K.: Echo Library. 2006. səh. 54. ISBN 9781846375798.
  8. Cycon, Dieter. Die glücklichen Jahre : Deutschland und Russland. Herford: Busse Seewald. 1991. səh. 373. ISBN 9783512030376.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]