Konyunktivit

Konyunktivit — gözun selikli qişasının iltihabı. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, "yad cisim" hissiyyatı ilə özünü büruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir.[3]

Konyunktivit
XBT-10 H10.
XBT-10-KM H10.9, H10
XBT-9 372.0
XBT-9-KM 372.30[1][2], 372.39[2]
DiseasesDB 3067
MedlinePlus 001010
eMedicine emerg/110 
MeSH D003231
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranma səbəbləri

[redaktə | mənbəni redaktə et]
Konyunktivit

Konyunktivitlər müxtəlif mikroblorla törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikroblardan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də gətirib çıxara bilir.

Müalicəsi üçün geniş spektrli antibiotiklərdən istifadə olunur. Dərmanların az effektivliyi zamanı göz yaşının mikrofloraya və antibiotiklərə qarşı həssaslığını analiz edirlər. Analizlərin nəticələrinə əsaslanaraq, daha böyük təminatla başqa antibiotiklər təyin olunur.

  1. Disease Ontology (ing.). 2016.
  2. 1 2 Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. "Konyunktivit". 2010-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-29.