Kora (yun. κόρη, hərf. qız; cəm koray) — gənc yaşda olan qadın fiqurlarını təsvir edən və Arxaika dövrünə aid müstəqil qədim Yunanıstan heykəltəraşlıq növünə verilən müasir termin. Kuros kora heykəllərinin gənc kişi ekvivalentidir.
Koralar emosiyasız təmkinli "arxaik təbəssüm" nümayiş etdirir. Bu, dünyanın çətinliklərini aşan idealın simvolu idi.[1] Çılpaq kuroslardan fərqli olaraq, koralar qalın və bəzən mükəmməl işlənmiş geyimlərlə təsvir edilmişdir. Dəb dəyişdikcə onların üzərində təsvir edilən geyim növü də dəyişdi. Vaxt keçdikcə koralar ağır peplosdan xiton kimi daha yüngül geyimlərə keçmişdir.[2] Onların duruşu bəzən uzadılmış qol ilə təsvir edilir, sərt və sütuna bənzəyən formadadır.[2] Bəzi koralar geyimlərin vizual təsirini artırmaq və narrativ məqsədləri üçün rəngarəng rəngə boyanmışdır.[3]
Koraların faniləri və ya tanrıları təmsil etməsi ilə bağlı bir çox nəzəriyyə mövcuddur.[4] Koralar həmçinin, tanrılara və ya ölülərə qurban rolunu daşıyırdı.[5]