Koramal (film, 2009)

Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir.

Koramal
Fayl:Koramal (film, 2009).jpg
Janr psixoloji
dram
Rejissorlar Xəyyam Abdullayev
Elməddin Alıyev
Ssenari müəllifləri Xəyyam Abdullayev
Elməddin Alıyev
Baş rollarda İlqar Cahangirov
İdris Rüstəmov
Operator Rövşən Quliyev
Bəstəkar Çingiz Əliyev
İstehsalçı EXA prodakşn
İlk baxış tarixi 2009
Filmin növü qısametrajlı bədii film
Müddət 20 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2009
Rəng rəngli

Filmin adı özlüyündə süjet haqqında çox şey deyir. Koramal sözünü 2 hissəyə bölmək olar: kor və amal. Bu birləşmədən koramal sözü əmələ gəlir ki, bu da sürünən heyvandır. Heç bir yerə getməyən, sonu olmayan ideyasını ifadə edir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci il yanvarın 10-dan aprelin 10-a qədər "Bu meydan, bu ekran 2008" kinolayihələr müsabiqəsi keçirilib. Müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunmuşdu. Müsabiqədə iştirak etmək üçün 45 layihə təqdim olunub, onlardan 7-si seçilib. "Koramal" da bu 7 qalibdən biridir.

"Koramal" 2009-cu ildə Latviyanın paytaxtı Riqada keçirilən "2ANNAS" beynəlxalq film festivalında "Special Mention" mükafatına layiq görülüb. Serbiyanın 8-ci "Dokufest" film festivalında və Ukraynanın "Stupeni" beynəlxalq kino festivalında da mükafat qazanıb.[1]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifləri: Xəyyam Abdullayev, Elməddin Alıyev
Quruluşçu rejissorlar: Xəyyam Abdullayev, Elməddin Alıyev
Quruluşçu operator: Rövşən Quliyev
Bəstəkar: Çingiz Əliyev
Prodüserlər: Xəyyam Abdullayev, Elməddin Alıyev
Montaj: Sirac Məhəmmədov
Səs rejissoru: Ramzes
İcraçı prodüser: Niyazi Hüseynov
Rejissor assistentləri: Elnarə Bağırova, Xatirə Rüstəmova
Operator assistenti: İlham Babayev
Kran operatoru: Yaqub Azəri
Texniklər: Mübariz Şahbazov, Rəşad Qarayev, Cavid Talıbov
İşıqçı: Elçin Nağıyev
Qrim: Nərminə Novruzova
Mühasib: Sevda Mehdiyeva
Redaktor: Cəmilə Qaravəliyeva]]
Məsləhətçi: İman Məcidov
İlqar Cahangirov
İdris Rüstəmov
Kazım Abdullayev
Füzuli Abbasov
Albina Sultanova
Elçin Nağıyev
Seyran Məmmədov
Bəxtiyar Kazımov
Firdovsi Həsənov
Səbrayıl Məmmədov

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
"Azəri prodakşn"
"Azərbaycanfilm" kinostudiyası
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
"Binəqədi Oil"
  1. Kulis. "Qarabağ müharibəsində itkin düşən atanın zəngi" (az.). Kulis. 28.11.2019. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]