Korcabulaq (bulaq)

KorcabulaqLaçın rayonunun Quşçu kəndində bulaq.

Mənbəyi 10–12 m² ərazini tutsa da, sonradan qazmalar nəticəsində ərazi genişləndirilib və abidə-bulaq halında (ilk dəfə) 1934-cü ildə Kərim Kərbəlayı Nəzər oğlunun şəxsi vəsaiti hesabına istifadəyə verilib[1]. Tağvaridir, üzü şərqə baxır, 2x1x0.80 həcmində 4 novdan ibarətdir (ikisi içəridə, ikisi bayırda). Hər iki tərəfində kiçik dərə, qarşısında isə şose yolu var. Qaraçöp ərazisində kiçik dərələrin qovuşuğunda yerləşir[2].

  1. bəzi mənbələrə görə bulaq 1890-cı ildə inşa edilmişdir
  2. Ötərxan Eltac, "Quşçu tarixindən", "Laçın yurdu" jurnalı, № 4(11), 2013. Bakı, "Bəxtiyar-4" nəşriyyatı. səh.44