Ötərxan Eltac (tam adı:Məmmədov Ötərxan Əyyub oğlu d. 15 fevral, 1970. Laçın, Quşçu) — jurnalist, ssenarist, şair-publisist, radio aparıcı, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Ötərxan | |
---|---|
Məmmədov Ötərxan Əyyub oğlu | |
Digər adı | Eltac |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Laçın, Quşçu |
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist, aparıcı, yazıçı, publisist, ssenarist |
Məmmədov Ötərxan Əyyub oğlu 15 fevral 1970-ci ildə Laçın rayonunun Quşçu kəndində anadan olub[1]. Orta təhsilini doğulduğu kənddə alıb. Hələ 9-10-cu siniflərdə oxuyarkan "Laçın", "Şuşa", "Qarabağ" qəzetlərində ara-sıra şeir və məqalələri çap olunurdu.
O, 1994-cü ildə ABU-nun jurnalistika fakultəsinə əyani, 1995-ci ildə isə ADMİU-nun rejissorluq fakültəsinə qiyabi qəbul olunub. Hər iki ixtisa üzrə eyni vaxtda təhsil alıb. Tələbəlik illərində yazdığı şeirləri toplayaraq, 1995-ci ildə "Həsrətindəyəm" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib. Tələbəlik illərindən "Sözə-söz" ədəbi birliyinin üzvü olub. Birliyin "Almanax" adlı toplusunda şeirləri yer alıb. "Təhsil", "İnam ocağı", "Alternativ", "Azərbaycan gəncləri" və s. qəzetlərdə mütəmadi şeir, hekayə və məqalələri dərc olunub. Ötərxan Eltac "Qızıl qələm" mükafatçısı olmaqla yanaşı, həm də Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ötərxan Eltac uzun müddət KİV-də çalışaraq, baş redaktor vəzifəsinə qədər yüksəlib, yaradıcılığı dövründə onlarla kitabın korrektoru və redaktoru olub. "Bir ovuc torpaqdır yarama məlhəm" (V.Ələsgərovla birgə, 2012) və "General polkovnik Tofiq Ağahüseynovun həyat yolu" (2013), "Qurd balası" (2015), "Ayrı adam" (2014), "Əfsanəvi 195" (2015), "Laçın haraylayır Laçına bizi" (2017), "Yurdsuz çiçəklər" (2018), "Cənnətdə fırtına" (2021) kitablarını oxucuların ixtiyarına verib. 1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də çalışır (aparıcı, ssenari müəllifi).